Dövlət qulluqçularının Reyestrindən məlumatların verilməsi elektron xidməti

Xidmətdən istifadə qaydaları

"Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi" elektron xidməti Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatların verilməsi üçün istifadə edilir.
Bu elektron xidmətin göstərilməsi nəticəsində dövlət orqanlarının kadr qurumları tərəfindən həmin orqanlarda qulluq keçən və ya əvvəllər çalışmış dövlət qulluqçuları haqqında fərdi və ya statistik məlumatların, habelə dövlət qulluqçuları tərəfindən özləri barədə məlumatların əldə edilməsi mümkün olur.
Bu xidmətdən dövlət orqanlarının kadr qurumları və dövlət qulluqçuları (yalnız özləri barədə) istifadə edə bilərlər.