Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi elektron xidməti

Xidmətdən istifadə qaydaları

"Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi" elektron xidməti dövlət orqanının kadr qurumunun nümayəndəsinə həmin orqan üzrə müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlərin nəticələri barədə, namizədə isə müsabiqə və ya müsahibə nəticəsi barədə məlumatın elektron formada verilməsi üçün istifadə edilir.
Bu elektron xidmətin göstərilməsi nəticəsində dövlət orqanının kadr qurumuna və ya namizədə müsabiqə və müsahibənin nəticələri barədə müvafiq məlumat verilir.
Bu xidmətdən müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlər, müsahibədən keçmiş dövlət qulluqçuları və dövlət orqanlarının kadr qurumları istifadə edə bilərlər.