Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanlarında
vakant inzibati vəzifələrin tutulması üçün
daxili müsahibə elan edir

(Elan tarixi - 17.12.2018, sənəd qəbulu 3 yanvar 2019-cu il tarixində başa çatmışdır)

  1. Daxili nəzarət şöbəsi, İnzibati-təşkilati nəzarət sektoru, baş məsləhətçi - kollegiyanın katibi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Neft-qaz siyasəti şöbəsi, Qaz siyasəti sektoru, aparıcı məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  3. Enerji səmərəliliyi və ekologiya şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  4. Beynəlxalq əməkdaşlıq şöbəsi, Dövlətlərarası əməkdaşlıq sektoru, böyük məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. İnformasiya texnologiyaları şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Bakı şəhəri statistika idarəsi, Xidmət statistikası sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  3. Sumqayıt şəhər statistika idarəsi, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 dekabr 2018-ci il tarixindən 3 yanvar 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.