Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanlarında
vakant inzibati vəzifələrin tutulması üçün
daxili müsahibə elan edir

(Elan tarixi - 13.06.2022, sənəd qəbulu 28 iyun 2022-ci il tarixində başa çatmışdır)

  1. Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsi, İctimai xidmət sahələrinin auditi sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Sosial sahələrin auditi şöbəsi, Elm sahələrinin auditi sektoru, baş məsləhətçi (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Dövlət Xəzinədarlığı Agentliyi, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliyinin rəhbəri - direktor (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Meşələrin İnkişafı Xidməti, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətinin rəhbəri - rəis (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətinin rəhbəri - rəis (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikası Audiovizual Şurasının aparatı, İnsan resursları, sənədlərlə iş və məxfi məlumat şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Mədəni irs və regional turizm şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Beynəlxalq əlaqələr şöbəsi, dövlət orqanı aparat rəhbərinin müavini - şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 13 iyun 2022-ci il tarixindən 28 iyun 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;