Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanlarında
vakant inzibati vəzifələrin tutulması üçün
daxili müsahibə elan edir

(Elan tarixi - 05.06.2026, sənəd qəbulu 19 iyun 2026-cı il tarixində başa çatmışdır)

  1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Nazirliyin Aparatı, Daxili nəzarət şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Aparat, İnsan resursları şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Aparat, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nazirliyin aparatı, Sənaye şöbəsi, şöbə müdirinin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nazirliyin aparatı, Hüquq şöbəsi, şöbə müdirinin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nazirliyin aparatı, Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi, şöbə müdirinin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Xəzinədarlıq Agentliyi, Aparat, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliyi rəhbərinin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliyinin rəhbəri - direktor (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Nazirliyin Aparatı, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Nazirliyin Aparatı, İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi, şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirliyin Aparatı, Hüquq şöbəsi, şöbə müdirinin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirliyin Aparatı, Beynəlxalq əlaqələr şöbəsi, şöbə müdirinin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin Aparatı, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidməti rəhbərinin müavini - rəis müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Dövlət Statistika Komitəsinin Aparatı, Maliyyə-inzibati şöbə, dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Dövlət Statistika Komitəsinin Aparatı, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi, şöbə müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması
  1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Rəhbərlik, dövlət orqanı rəhbərinin müşaviri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
    Dövlət qulluğu üzrə müraciət Forması

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 5 iyun 2026-cı il tarixindən 19 iyun 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;