İqtisadiyyat Nazirliyi
Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • İqtisadiyyat Nazirliyi üzrə: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 155
Dövlət orqanı İqtisadiyyat Nazirliyi
Struktur bölmə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin iş planını və işçilər arasında iş bölgüsünü müəyyənləşdirmək;
  • Şöbənin fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək;  
  •  Nazir və kurasiya üzrə nazir müavini tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin etmək;
  • Şöbənin işçiləri barəsində həvəsləndirmə və ya intizam tədbirləri görülməsi üçün nazirə təqdimat vermək;
  • Dövlət orqanlarına, müəssisə və təşkilatlarına beynəlxalq maliyyə (iqtisadi) təşkilatları, beynəlxalq donorlar, o cümlədən Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatlar tərəfindən ayrılan qrantların, maliyyə və texniki yardımların, dövlət zəmanəti ilə alınmış kreditlərin cəlb edilməsi üçün öncül sahələrin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, bununla əlaqədar dövlət orqanlarının, müəssisə və təşkilatlarının təkliflərinin iqtisadi ekspertizasını həyata keçirmək;
  • Beynəlxalq maliyyə institutları, Aİ və digər beynəlxalq donorlar tərəfindən dövlət orqanlarına, müəssisə və təşkilatlarına verilən qrant, maliyyə və texniki yardım, habelə dövlət zəmanəti ilə alınmış kredit layihələri ilə bağlı müqavilələrin (sazişlərin), Nazirliyə həvalə edilmiş beynəlxalq layihələrə dair müqavilələr (sazişlər) üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
  • Dövlət orqanlarına, müəssisə və təşkilatlarına beynəlxalq donorlar tərəfindən ayrılan qrantları, maliyyə və texniki yardımları əlaqələndirmək, xarici yardımların məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək, texniki əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələrin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Ölkənin regional və beynəlxalq iqtisadi, maliyyə (kredit) təşkilatları, beynəlxalq donor və digər təşkilatlarla münasibətlərinin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək;
  • Aİ ilə əməkdaşlıq üzrə Nazirliyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək;
  • Beynəlxalq iqtisadi, maliyyə (kredit) və digər təşkilatlar, beynəlxalq donorlar və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş aidiyyəti regional və ölkə strategiyalarının, proqramlarının və regional layihələrin Nazirliyin fəaliyyət istiqamətləri üzrə ekspertizasını həyata keçirmək və bu sənədlərin milli prioritetlərlə uzlaşdırılması üçün təkliflər hazırlamaq;
  • Aİ tərəfindən ölkəyə yönəldilmiş maliyyə və texniki yardımların səmərəli təşkilini təmin etmək, yardım göstəriləcək sahələri müəyyənləşdirmək, bu sahədə proqram və layihələrin hazırlanmasında və qiymətləndirilməsində iştirak etmək, habelə icra olunacaq layihələrin seçimini aparmaq;
  • Aİ-nin yardım proqramlarının yerinə yetirilməsinə, bu proqramlarla bağlı imzalanmış müqavilələrin həyata keçirilməsinə nəzarət etmək;
  • Aİ-nin layihələri üzrə Proqram İdarəetmə Qurumunda direktor vəzifəsini icra etmək;
  • Aİ ilə bağlı yeni sazişlər və digər əməkdaşlıq istiqamətləri üzrə səlahiyyətləri daxilində işin təşkili və nəzarətini həyata keçirmək;
  • Aİ tərəfindən dövlət orqan və təşkilatlarına ayrılan yardımlarla bağlı proqramları əlaqələndirmək, aidiyyəti dövlət orqan və təşkilatlarının müraciətlərinə əsasən həmin yardımların onlara ayrılması üçün tədbirlər görmək, yardım proqramlarının məqsədli və səmərəli yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
  • Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları, Aİ və donor təşkilatlar tərəfindən keçirilən forumların, konfransların, sərgilərin, digər tədbirlərin işində iştirak etmək və bu kimi tədbirlərin ölkədə keçirilməsini təşkil etmək, bu sahədə digər dövlət orqanlarının işinin əlaqələndirilməsi üçün zəruri tədbirlər görmək;
  • Şöbənin Əsasnamə ilə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının, müqavilələrin (sazişlərin, konvensiyaların və s.), təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq, belə layihələrin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək;
  • Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, beynəlxalq münasibətlər, hüquqşünaslıq, politologiya, regionşünaslıq (regionlar üzrə) ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1;İngilis dili-C1;
Müsahibə elanının tarixi 30.12.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 18.01.2022 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 30 dekabr 2021-ci il   18 yanvar 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeydlər:

  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.