Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Gənclər və İdman Nazirliyi üzrə: Bakı ş., Nərimanov r-nu, Olimpiya küç., 4
|
Dövlət orqanı |
Gənclər və İdman Nazirliyi |
Struktur bölmə |
Rəhbərlik |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı rəhbərinin köməkçisi - rəhbərin köməkçisi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1210 |
Qulluq funksiyaları |
- Nazirliyin fəaliyyət
sahəsinə aid olan beynəlxalq və ya ölkədaxili tədbirlərin keçirilməsi işinin təşkil
edilməsində iştirak etmək;
- Nazirin çıxış və məruzələrinin
yüksək səviyyədə hazırlanmasını və vaxtında nazirə təqdim edilməsini təmin etmək;
- Naziri səfərlər
zamanı müşayiət etmək, səfərlə bağlı müvafiq sənədlərin, səfər proqramının
hazırlanmasında iştirak;
- Nazirliyə həvalə
olunmuş dövlət əhəmiyyətli tədbirlərin və tapşırıqların vaxtında və keyfiyyətlə
yerinə yetirilməsi üçün səlahiyyətləri çərçivəsində müvafiq işlər görmək;
- Xüsusi
tapşırıqların vaxtında və düzgün icra edilməsinə nəzarət etmək və yaranmış
problemlər haqqında rəhbərliyə vaxtında məlumat vermək;
- Nazirliyin ümumi fəaliyyəti
ilə bağlı müvafiq görüşlərdə naziri müşayət etmək;
- Nazirin qəbul
saatlarını təşkil edərək, qəbulda iştirak etmək, qəbula gəlmiş vətəndaşların
müraciətlərinə baxılması qaydalarını tənzimləyib, qüvvədə olan qanunvericiliyin
tələblərini yerinə yetirmək;
- Nazirliyin fəaliyyəti
ilə bağlı olan bütün materialların gündəlik qısa məzmunu barədə naziri məlumatlandırmaq;
- Nazirin iştirak edəcəyi
dövlət tədbirlərinin yeri, vaxtı, proqramı və s. bu kimi ətraflı məlumatları
toplayaraq diqqətinə çatdırmaq, səlahiyyətləri çərçivəsində rəhbərliyin digər
tapşırıqlarını yerinə yetirmək;
- Nazirin əmrlərinin,
sərəncamlarının, kollegiya qərarlarının hazırlanmasını təşkil etmək, nazirliyin
aparatının struktur bölmələri tərəfindən onların yerinə yetirilməsinə nəzarət
etmək, müvafiq sənədləri nazirə təqdim etmək, müvafiq tapşırıqlar vermək, nazirliyin
fəaliyyət istiqaməti ilə bağlı şəffaflığın və hesabatlığın təmin edilməsi və bu
sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
- Dövlət əhəmiyyətli
məlumatların çatdırılması və xidməti zərurətlə əlaqədar nazirlə operativ əlaqə
saxlamaq və yaranmış vəziyyətlə bağlı nazirin verdiyi göstəriş və tapşırıqların
yerinə yetirilməsi üçün operativ iş qurmaq;
- Nazirin normal iş
rejimini qorumaq üçün öz vəzifə və hüquqlarından tam istifadə etmək;
- Bayram və müxtəlif
mərasimlər münasibətilə nazir tərəfindən göndərilən təbrik və teleqramların
vaxtında ünvana çatdırılmasına nəzarət etmək;
- Nazirliyin fəaliyyət
istiqaməti ilə bağlı şəffaflığın və hesabatlığın təmin edilməsi və bu sahədə fəaliyyətin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
- Nazirin qonaqlarla
görüşlərini təyin və təşkil etmək;
- Səlahiyyətləri çərçivəsində
rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: 2 il dövlət qulluğu stajı və yaxud 4 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
21.01.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
11.02.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 yanvar 2022-ci il 11 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.