Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Ekoloji siyasət şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu B.Ağayev küçəsi 100 A
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə Ekoloji siyasət şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Ətraf mühitin mühafizə edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, həmçinin bərpası sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi istiqamətində fəaliyyəti həyata keçirir;
  • Ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi ilə əlaqədar müvafiq tədbirləri həyata keçirir;
  • Ətraf mühit siyasəti sahəsində prioritetlərin müəyyənləşdirilməsi, bunun əsasında strategiya, dövlət və milli proqramların, fəaliyət planlarının və s. hazırlanmasını təmin edir;
  • Strategiyalar, dövlət və milli proqramlar, fəaliyət planları və s. istiqamətdə həyata keçirilmiş tədbirlər barədə hesabatların hazırlanmasına nəzarət edir və nəzərdə tutulmuş qaydada müvafiq orqanlara təqdim edilməsini təmin edir;
  • Nazirlik tərəfindən görülmüş işlər barədə müxtəlif dövrləri əhatə edən hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim olunmasını təmin edir;
  • Ekoloji təhlükəsizliyin və tarazlığın təmin edilməsi, ekoloji menecmentin inkişaf etdirilməsi istiqamətində təkliflər verir;
  • Xarici dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üzrə təkliflər verir; 
  • Ətraf mühit sahəsində qabaqcıl ölkələrdə yürüdülən siyasət, menecment, ətraf mühitin mühafizəsi sahəsində son nailiyyətləri öyrənir və bu istiqamətlərdə münasib olanlarını iş fəaliyyətində tətbiq edir;  
  • Nazirliyin tapşırıq və göstərişlərinin icrasını, şöbənin və Nazirlik üzrə iş planlarında nəzərdə tutulmuş müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsini təmin edir;
  • Şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;
  • Tabeliyində olan əməkdaşlar arasında vəzifə və iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir; 
  • Daxil olan sənədlərin yüsək peşəkarlıq səviyyəsində, müəyyən olunmuş müddət ərzində, məsuliyyətlə icra olunmasına rəhbərlik edir; 
  • Xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;
  • Şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına riayət olunmasına nəzarət edir;
  • Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə (qanunvericiliklə nəzərdə tutulmuş qaydada) baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;
  • Şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;
  • Şöbənin müvafiq hesabatlarını hazırlayır və aidiyyəti üzrə təqdim edir;
  • Şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı  Nazirliyin rəhbərliyinə təkliflər verir;
  • Tabeliyində olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • Şöbənin fəaliyyətini Nazirliyin aparatının digər struktur bölmələri, habelə tabeli və yerli qurumlarla əlaqələndirir;
  • Nazirlikdə keçirilən kollegiya iclaslarında, müşavirələrdə, yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;
  • Nazirlikdə və digər qurumlarda yaradılmış komissiyalarda iştirak edir;
  • Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar üzrə milli əlaqələndiricilərin fəaliyyətini nəzarətdə saxlayır, onların səmərəli fəaliyyəti üçün tövsiyələr verir;
  • Xarici ölkələrə ezam olunan əməkdaşların beynəlxalq xarakterli tədbirlərdə yüksək səviyyədə təmsil olunmaları üçün tövsiyələr verir, onların hazırlıqlı olması üçün tədbirlər görür;
  • Rəhbərliyin tapşırığı ilə ali kateqoriya dövlət orqanlarında, Nazirlik və digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarında və dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir;
  • Keçirilən bütün tədbirlərdə şöbəni təmsil edir;
  • Şöbənin əsasnaməsi üzrə müvafiq vəzifə və funksiyaların yerinə yetirilməsi üçün bütün hüquq və imkanlardan istifadə edir;
  • Şöbədə işgüzar mühitin yaxşılaşdırılması və işçilərin faydalı iş əmsalının artırılması üçün müvafiq tədbirlər görür;
  • Nazirlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , biologiya müəllimliyi, ekologiya mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
Müsahibə elanının tarixi 07.02.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 28.02.2022 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il   28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.