Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Struktur bölmə |
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
550 |
Qulluq funksiyaları |
- Sektorun iş fəaliyyətinin təmin edilməsi və ümumi rəhbərliyin həyata keçirilməsi;
- Sektor üzrə bilavasitə rəhbəri olduğu əməkdaşların qanunvericiliyə uyğun olaraq xidməti fəaliyyətinin qiymətləndirilməsinin təmin edilməsi;
- Xidməti ərazidə fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə atılan
(axıdılan) və yerləşdirilən tullantılarla təqdim edilən 2 TG (su, hava,
tullantı) dövlət statistik hesabatların, ekoloji tədbirlər planının və digər
sənədlərin qəbul edilməsi, razılaşdırılmasının təmin edilməsi;
- Ətraf mühitin mühafizəsi ilə bağlı hesabatların ümumiləşdirilməsi
əsasında məlumat bankının yaradılmasının və təkmilləşdirilməsinin təmin
edilməsi;
- Təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri
nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlərin görülməsi
üzrə təkliflərin hazırlanmasının təmin edilməsi;
- İnzibati ərazilərdə ətraf mühiti çirkləndirici mənbələrin uçotunun
aparılmasının, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsinin,
bunların aradan qaldırılması üzrə təkliflərin hazırlanmasının təşkili;
- Ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərinin
müəyyən edilməsində iştirakın təşkili;
- Xidməti ərazidə obyektlərin təbiəti mühafizə təyinatlı qurğularının,
avadanlıqlarının istismara buraxılması üzrə yaradılmış komissiyalarda iştirakın
təşkili;
- Hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin
mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf
mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin
sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə təşkili;
- Xidməti ərazidə ətraf mühitin mühafizəsi sahəsində ekoloji
maarifləndirmənin həyata keçirilməsinin təşkili;
- Əhalinin ekoloji maarifləndirilməsi üzrə dövlət və regional proqramların
işlənilməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və proqramın
həyata keçirilməsində iştirak;
- Xidməti ərazidə ətraf mühitin ekoloji vəziyyəti, bu sahədə aşkar edilmiş
nöqsan və çatışmazlıqlar, həmin istiqamətdə görülən tədbirlər haqqında KİV-ə
məlumatların verilməsinin təşkili;
- Ətraf mühitin tənzimlənməsi və ekoloji maarifləndirmə sahəsində görülmüş
işlərə dair idarənin rəhbərliyinə, baş idarəyə və Nazirliyə aidiyyatı üzrə
məlumatların verilməsi;
- Daxil olan şikayət və məlumatların araşdırılmasının və
cavablandırılmasının təşkili;
- Qeyri hökumət təşkilatları, xarici şirkətlərlə birlikdə ətraf mühitin
mühafizəsi sahəsində keçirilən dəyirmi masa, görüşlərdə, ekologiya sahəsində
dövlət siyasətinin həyata keçirilməsində iştirak edilməsi;
- Xidməti ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər barədə
15 günlük, aylıq, rüblük və illik hesabatların hazırlanaraq İdarənin
rəhbərliyinə və aidiyyəti üzrə təqdim edilməsi;
- Dövlət ekoloji ekspertizası subyekti olan obyektlərin
inventarizasiyasının aparılmasının təmin edilməsi;
- Xidməti ərazidə təhlükəli və təhlükəsiz sənaye, məişət, tikinti, tibbi
və radioaktiv tullantıların qeydiyyatının aparılması, bu tullantıların
qanunvericiliyə uyğun qaydada idarə olunmasının (əmələ gəlməsi, yığılması,
çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi,
utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) təhlil edilməsi və
qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılmasının və
sistemləşdirilməsinin təmin edilməsi;
- Xidməti ərazidə təbii sferalara antropogen və digər təsirlərin, o
cümlədən ətraf mühitə atılan tullantılarla bağlı məlumatlar üzrə təhlillərin
aparılması və məlumat bazasının yaradılmasının təmin olunması;
- Xidməti ərazidə ekoloji problemlərin həllinə əhalinin və ictimai
təşkilatların cəlb edilməsi məqsədilə informasiyanın yayılması, ekoloji təhsil,
tərbiyə və təbliğat işinin aparılmasının təşkili;
- İnkişaf etmiş ölkələrdə ətraf mühitin tənzimlənməsi və ekoloji
maarifləndirmə sahəsində iş təcrübəsinin öyrənilməsi və tətbiqi barədə
təkliflərin hazırlanması;
- Rəhbərlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələrin yerinə
yetirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, fizika müəllimliyi, tarix və coğrafiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , coğrafiya müəllimliyi, biologiya müəllimliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
07.02.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
28.02.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il tarixindən 28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.