Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 100 A
|
Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Struktur bölmə |
Texniki təminat şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1290 |
Qulluq funksiyaları |
- Şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik
edilməsi;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün
aparılması, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət
intizamına riayət etmələrinə nəzarət edilməsi;
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin
etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin
imzalanması, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və
keyfiyyətlə icrasına nəzarət edilməsi;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və
intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatların
verilməsi;
- Şöbənin vəzifələrinin yerinə yetirməsi üçün səlahiyyətləri
daxilində Nazirliyin digər qurumlarından zəruri məlumat və sənədlərin alınması;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasının və məxfiliyin
təmin edilməsi;
- İşçilərin öz əmək funksiyasını səmərəli və faydalı
yerinə yetirməsi üçün təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin
edilməsi;
- Nazirliyin aparatı
üçün lazım olan maddi texniki tələbatın təmin edilməsi və təsərrüfat işlərinin
həyata keçirilməsinin təmin edilməsi;
- Nazirliyin
tabeliyində olan qurumlar tərəfindən mal və materialların (işlərin və xidmətin)
əsas vəsaitlərin, inventarların və avadanlıqların satın alınmasına nəzarət
edilməsi;
- Nazirliyin fəaliyyəti
üçün zəruri şəraitin yaradılması, inventar, dəftərxana ləvazimatları, rabitə, nəqliyyat,
kommunal və digər sahələrdə təminat istiqamətində tədbirlərin görülməsi;
- Nazirliyin təchizat
işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələr bağlanılması,
yerinə yetirilmiş iş və xidmətlərin qəbul edilməsi;
- Nazirliyin struktur
bölmələrindən inzibati binalardan texniki normativlərə və fəaliyyət istiqamətlərinə
uyğun istifadə olunmasının tələb edilməsi;
- Nazirliyin fəaliyyəti
üçün zəruri şəraitin yaradılması və ehtiyyacları üçün əsaslı tikinti və təmir
işlərinin aparılması ilə bağlı layihə və smeta sənədlərinin hazırlanmasının təşkili
və nəzarət edilməsi;
- Nazirliyin
tabeliyində olan mərkəzi və yerli qurumlarında təmir tikinti işinin təşkili
zamanı yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlərin həyata
keçirilməsi;
- Əsaslı və cari təmir
işlərinə dair layihə-smeta sənədlərinin hazırlanmasının təşkili və nəzarət
edilməsi;
- Yeni tikiləcək obyektlərin
layihəsinin hazırlanmasının təmin edilməsi;
- Nazirliyin aparatı və tabeli qurumları tərəfindən
satınalma planlarının (ilkin və dəqiqləşdirilmiş) “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə
hazırlanaraq təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet
portalında (www.etender.gov.az saytında) yerləşdirilməsinə nəzarət edilməsi;
- Nazirliyin aparatı və tabeli qurumları tərəfindən
satınalma müsabiqələrinin (elektron satınalma vasitəsilə keçirilən açıq tender,
açıq tender, təkliflər sorğusu, kotirovkalar sorğusu) şərtlər toplusunun
hazırlanmasına rəhbərlik edilməsi;
- Nazirliyin aparatı və tabeli qurumları tərəfindən
keçirilən müsabiqələr barədə elan və bildirişlərin dərc edilməsinə, habelə
müsabiqə nəticəsində bağlanılmış satınalma müqavilələri barədə məlumatların
dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinə, malgöndərənlərə
(podratçılara) müsabiqələrdə iştirak üçün fərdi dəvətlər göndərilməsinə nəzarət
edilməsi;
- Tenderin nəticələri haqqında yekun
protokolun, satınalma prosedurları
haqqında hesabatların tərtib edilməsinə, satınalmanın sənədlər toplusunun
müvafiq qaydada hazırlanaraq saxlanılmasına rəhbərlik və nəzarət edir;
- Nazirlik sistemində
yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə bağlı
maddi-texniki imkanları təkmilləşdirmək üçün tədbirlərin görülməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
07.02.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
28.02.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il 28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.