Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 100 A
|
Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Struktur bölmə |
Hüquq və insan resursları şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Şöbənin
fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata
keçirir;
- Tabeliyində olan əməkdaşlar arasında vəzifə və iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə
işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;
- Xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını
bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin
icraatına verir;
- Şöbə işçilərinin üzərinə
düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına riayət olunmasına nəzarət edir;
- Normativ hüquqi akrların layihələrinin hazırlanmasını və müvafiq sənədlərin
hüquqi ekspertizasının aparılmasını (qanunvericiliyin tətbiqi sahəsi üzrə
daxili əmr və digər sənədlərin layihələrinin hazırlanması və ya viza verilməsi)
təşkil və təmin edir;
- Nazirliyin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanmasında iştirak
edir və belə müqavilələrin
hüquqi ekspertizasını həyata keçirir;
- Nazirliyin struktur
bölmələri və tabeliyində olan qurumlar tərəfindən
normayaratma fəaliyyətinin həyata keçirilməsinə metodiki köməklik göstərilməsini
təmin edir;
- Mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair rəhbərliyə
təkliflər verir, aidiyyəti sahədə normativ hüquqi aktların layilələrinin
hazırlanmasında iştirak edir, habelə normativ-hüquqi aktların layihələrinə dair
Nazirliyin müvafiq hüquqi rəyinin hazırlanmasını təmin edir;
-
Nazirliyə
daxil olmuş normativ hüquqi aktların, digər normativ sənədlərin
layihələrinə dair rəy və təkliflər verir;
- Nazirliyin
səlahiyyətli orqanları tərəfindən aşkar edilmiş inzibati xatalar və cinayət əməlləri
üzrə araşdırmaların nəticələrindən verilən şikayətlərə baxılmasını, şikayətlərin ümumiləşdirilməsini və bununla əlaqədar
şöbənin əməkdaşları tərəfindən təkliflər verilməsini təşkil edir;
- Şöbəyə daxil olan məktub,
ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada
baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasın işini təşkil edir;
- Şöbədə məxfilik
rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin
təmin edilməsinə görə cavabdehlik daşıyır;
- Şöbənin müvafiq hesabatlarının, iş planının
hazırlanmasını təşkil edir və aidiyyəti üzrə təqdim edir;
- Nazirliyin strukturu və fəaliyyətinin
təkmilləşdirilməsi üçün təkliflər verir;
- Tabeliyində
olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
- Şöbənin fəaliyyətini
Nazirliyin aparatının digər struktur bölmələri, habelə qurumlarla əlaqələndirir;
- Nazirlikdə keçirilən
Kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda, elmi-texniki
şuranın iclaslarında iştirak edir;
- Rəhbərliyin
tapşırığı ilə ali kateqoriya dövlət orqanlarında, Nazirlik və digər mərkəzi,
habelə yerli icra hakimiyyəti orqanlarında və dövlət qurumlarında, məhkəmələrdə,
beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin
qanuni maraqlarını müdafiə edir;
- Nazirliyin
normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsini təmin edir;
- Nazirliyin əməkdaşlarının müvafiq sahə üzrə əlavə təhsil və təlimə ehtiyaclarını müəyyənləşdirərək aidiyyəti üzrə təkliflər hazırlayır;
- Kadr siyasətinin formalaşdırılması və kadr
strategiyasının hazırlanmasını təmin edir;
- Dövlət Qulluqçularının Reyestrinə, elektron hökumət portalına və digər elektron hesabat sistemlərinə aidiyyəti məlumatların vaxtında daxil edilməsinə nəzarət edir;
- İşçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;
-
Nazirin
digər xidməti tapşırıqlarını və şöbənin fəaliyyət istiqamətinə uyğun
olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
07.02.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
28.02.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il 28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.