Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Beynəlxalq əməkdaşlıq və protokol şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: Bakı şəhəri, Füzuli küçəsi 65
Dövlət orqanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Struktur bölmə Beynəlxalq əməkdaşlıq və protokol şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Əsasnaməsinə uyğun olaraq şöbənin işini təşkil etmək, fəaliyyətini təmin etmək və ona rəhbərlik etmək, vəzifə təlimatları ilə şöbə işçilərinin səlahiyyət dairələrini müəyyənləşdirmək, şöbənin iş planını təsdiq etmək, iş planının icrası ilə əlaqədar şöbənin əməkdaşları arasında (lazım gəldikdə bir-birini əvəz etmək şərti ilə) iş bölgüsünü aparmaq, işlərin yerinə yetirilməsi üçün onlara konkret tapşırıqlar vermək, onların fəaliyyətinə rəhbərlik və nəzarət etmək
  • Komitə sədrinin tapşırığı ilə Komitənin vəzifə və səlahiyyətlərinin həyata keçirilməsi və şöbənin səlahiyyətlərinə aid olan məsələlərin şöbə tərəfindən həll edilməsini təmin etmək
  • Komitə sədrinin tapşırıq, əmr və sərəncamlarını, eləcə də kollegiyanın qərarlarının qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsini təmin etmək
  • Dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi ilə bağlı şöbəyə həvalə edilmiş tapşırıqların, həmçinin şöbə tərəfindən normativ hüquqi aktların vaxtında icrasını təmin etmək
  • Şöbənin qarşısında qoyulmuş vəzifələrə, işçilərin əmək fəaliyyətinin təşkilinə, şöbədə icra və əmək intizamına, riayət edilməsinə görə məsuliyyət daşımaq
  • Şöbənin kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejiminin qorunmasını təmin etmək, sənədlərin, o cümlədən şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək, işçilərin fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına riayət edilməsini və işçilərin davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil etmək
  • İnzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, ixtisaslarının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmək, qanunvericiliyə uyğun olaraq şöbədə çalışan dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, ixtisas dərəcələrinin artırılması, işdən azad edilməsi və ya tənbeh tədbirlərinin görülməsi və eləcə də həvəsləndirilməsi, mükafatlandırılması, lazım gəldikdə müvafiq qaydada şöbəyə konkret işçinin qəbulu və dövlət qulluğuna aid digər məsələlər üzrə rəhbərliyə təqdimat vermək
  • Komitənin fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq sahə üzrə  dövlət tənzimlənməsini, normativ tənzimlənməni və dövlət siyasətinin həyata keçirilməsi məqsədilə məsələlərin dəqiqləşdirilərək istiqamətləndirilməsi, qeyd olunan işlərin həyata keçirilməsi üçün müvafiq təkliflər hazırlamaq
  • Xarici dövlətlərin aidiyyəti qurumları, beynəlxalq və regional təşkilatlar, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəlikləri, müvafiq sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan şirkət, birlik, işgüzar klub, qeyri-hökumət təşkilatları, universitet, tədqiqat institut və mərkəzləri, mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və vətəndaşlardan daxil olan sorğu, tapşırıq, məktub, direktiv sənədlər, ərizə, şikayət və təkliflərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək, sözügedən sənədlər və həmçinin digər yazışma və işləri, eləcə də Komitənin tabeliyində olan və digər təşkilatlardan daxil olan sorğu xarakterli məktub və sənədləri araşdırmaq və icra üçün şöbənin işçiləri arasında bölüşdürmək və icraçıları düzgün şəkildə istiqamətləndirmək
  • Müvafiq sahədə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Komitənin fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici dövlətlərin aidiyyəti qurumları ilə əlaqələr qurmaq və əməkdaşlıq etmək məqsədi ilə müvafiq təkliflər hazırlamaq və mövcud əməkdaşlığın  gücləndirilməsini təmin etmək
  • Xarici ölkələrin müvafiq qurumları ilə beynəlxalq, ikitərəfli və hökumətlərarası sənədlərin (saziş, anlaşma memorandumu, niyyət protokolu, müqavilə) layihəsini hazırlamaq və bu sənədlərin hazırlanması üçün xaricə ezam olunan ekspertlərdən ibarət qrupun tərkibində Komitəni təmsil etmək, o cümlədən xaricdən gələn ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə Komitəni təmsil etmək
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı və ya bağladığı beynəlxalq müqavilələrdə Komitənin qarşısında duran vəzifələrin icrası ilə bağlı təkliflər hazırlayaraq Komitənin rəhbərliyinə təqdim etmək və həmin vəzifələrin yerinə yetirilməsinə nəzarət etmək
  • Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq sahədə normativ-hüquqi aktların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə təkmilləşdirilməsi və yenilənməsi ilə bağlı hazırlanmış təklifləri Komitənin rəhbərliyinə təqdim etmək
  • Müvafiq sahə üzrə təşkil edilən beynəlxalq, regional və respublika miqyaslı tədbirlərdə Komitənin təmsil olunması məqsədilə hazırlanmış təklifləri Komitənin rəhbərliyinə təqdim etmək və qeyd olunan fəaliyyətlə əlaqədar müvafiq tədbirlər görmək
  • Komitə, Komitənin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumların fəaliyyətininin təkmilləşdirilməsi məqsədilə həmin qurumların əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək, eləcə də xarici ölkələrdən mütəxəssisləri dəvət etmək, Komitənin və sözügedən qurumların əməkdaşlarının xarici ölkələrdəki təlim və tədris mərkəzlərinə göndərilməsi məqsədilə hazırlanmış təklifləri Komitənin rəhbərliyə təqdim etmək və qeyd olunan fəaliyyətlə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək
  • Kollegiya iclaslarında müzakirəyə çıxarılacaq məsələləri müəyyən etmək və Komitənin rəhbərliyinə təqdim etmək
  • Şöbənin fəaliyyəti barədə Komitə sədrinə hesabat vermək
  • Vəzifə səlahiyyətlərinə uyğun olaraq və Komitə rəhbərliyinin tapşırığı əsasında Komitəni müvafiq dövlət orqanlarında təmsil etmək
  • Həvalə olunmuş vəzifə və tapşırıqları yerinə yetirmək məqsədilə Komitənin struktur bölmələrindən və tabeliyində olan qurumlardan şöbənin işi ilə əlaqədar zəruri məlumatları və sənədləri almaq
  • Səlahiyyətlərinə aid məsələlər üzrə Komitə rəhbərliyinin tapşırığı ilə kütləvi informasiya vasitələrinə və vətəndaşlara müvafiq məlumatlar vermək
  • Müvafiq sahədə müşavirə, konfrans və seminarlar keçirmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, beynəlxalq münasibətlər, politologiya, tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-C2; İngilis dili-C2;
Müsahibə elanının tarixi 07.02.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 28.02.2022 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il   28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.