Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: Bakı şəhəri, Fizuli küçəsi 65
|
Dövlət orqanı |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
Struktur bölmə |
Texniki normalar, elm və layihəçilərlə iş şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Komitənin
fəaliyyət istiqaməti üzrə ölkədə şəhərsalma, ərazi planlaşdırılması,
arxitektura və bununla bağlı layihələndirmə sahələrində texniki tənzimləmə və
normalaşdırma, elmi-tədqiqat işləri və həmçinin müvafiq sahənin normativ
tənzimlənməsinin inkişafının təmin edilməsi istiqamətində dövlət siyasətinin
həyata keçirilməsi məqsədilə Komitə qarşısında duran məsələlərin
istiqamətləndirilməsi, qeyd olunan işlərin həyata keçirilməsi üçün müvafiq təklifləri
hazırlamaq;
- Komitə sədrinin
tapşırığı ilə Komitənin vəzifə və səlahiyyətlərinin həyata keçirilməsi və
şöbənin səlahiyyətlərinə aid olan məsələlərin şöbə tərəfindən həll edilməsini
təmin etmək;
- Komitə sədrinin
tapşırıqlarını, əmrlərini, tapşırıqlarını və kollegiya qərarlarını qüvvədə olan
qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsini öz səlahiyyətləri
şərçivəsində təmin etmək;
- Müvafiq sahədə
normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
- Müvafiq sahə
üzrə normativ sənədləri bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər həcmində
nəşr etdirməsini təşkil etmək və norma, qayda və standartların tətbiqi ilə
bağlı məsləhət və şərhlər vermək;
- Digər müəssisə və təşkilatların müvafiq sahəyə aid
hazırladıqları sahə və müəssisə normativ sənədlərinə baxmaq və rəy vermək;
- Respublika ərazisində qüvvədə olan tikinti normativ
sənədlərini sistemləşdirmək və məlumat bankını yaratmaq, onların dövrü
siyahılarını hazırlamaq və nəşrini təşkil etmək;
- Azərbaycan
Respublikası ərazisində qüvvədə olan normativ sənədlərin beynəlxalq və
dövlətlərarası norma və standartlara uyğunlaşdırılmasını təmin etmək,
dövlətlərarası normativ sənədlərin layihələrinə baxılmasını təşkil etmək,
onların respublika ərazisində qüvvəyə minməsi üçün rəy və təkliflər hazırlamaq;
- Müvafiq normativ sənədlərin
aktuallaşdırılması ilə bağlı təkliflərin işlənilməsi və onların beynəlxalq
normalara uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə şəhərsalma və tikinti
sahəsində qüvvədə olan texniki normativ sənədlərin monitorinqini aparmaq və
normativ sənədlərinin işlənilməsi üzrə növbəti illər üçün iş planlarını
hazırlamaq ;
- Şəhərsalma və tikinti sahəsində texniki
normativ sənədlərin tərkibindəki normalaşdırma parametrlərinin müəyyən
edilməsini təmin edən elmi-tədqiqat və təcrübə-konstruktor işlərini təşkil
etmək;
- “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı
tətbiq olunan bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü ilə məşğul
olmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim
olunan sənədlərə baxaraq müvafiq rəyin verilməsini təmin etmək;
- Layihəçilərin fəaliyyətinin koordinasiya etmək, layihələndirmə işləri
yerinə yetirilərkən layihəçilər tərəfindən şəhərsalma və tikinti
qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə
əməl olunmasının monitoringini həyata keçirmək,
pozuntu halları müəyyən edildikdə qanunvericiliyin tələblərinə uyğun olaraq
müvafiq tədbirlərgörmək;
- Tələbləri normativ sənədlərlə
tam və ya qismən tənzimlənməmiş yeni tikinti
məhsullarının tikintidə istifadəsi üçün yararlılığının təsdiq edilməsi
üçün rəylərin (texniki qiymətləndirmə) hazırlanmasında iştirak etmək;
- Müvafiq sahə üzrə məqsədli və elmi-texniki proqramların hazırlanmasında
və həyata keçirilməsində iştirak etmək;
- Ərazi planlaşdırma sənədlərinin
keyfiyyətinin, texniki həll səviyyəsinin yüksəldilməsində iştirak etmək;
- Əsasnaməsinə uyğun olaraq şöbənin işini təşkil etmək və fəaliyyətini
təmin etmək, vəzifə təlimatları ilə şöbə işçilərinin səlahiyyət dairələrini
müəyyənləşdirmək şöbənin iş planına baxaraq təsdiq etmək, iş planının icrası
ilə əlaqədar şöbənin əməkdaşları arasında (lazım gəldikdə bir-birini əvəz
etməklə) iş bölgüsünü aparmaq, işlərin yerinə yetirilməsi üçün onlara konkret
tapşırıqlar vermək, onların fəaliyyətinə rəhbərlik və nəzarət etmək;
- Şöbənin qarşısında qoyulmuş vəzifələrə, işçilərin əmək fəaliyyətinin
təşkilinə, şöbədə icra və əmək intizamına riayət edilməsinə görə məsuliyyət
daşımaq;
- Şöbənin kargüzarlıq işlərinə və sənədlərinə, o cümlədən iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət etmək;
- İşçilərin fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına
riayət edilməsi, habelə şöbədə çalışan dövlət qulluqçusunun davranışının etik
davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil etmək;
- İnzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsi, ixtisaslarının artırılması və əmək şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər görmək, qanunvericiliyə uyğun olaraq şöbədə
çalışan dövlət qulluqçularının vəzifədə irəli çəkilməsi, ixtisas dərəcələrinin
artırılması, işdən azad edilməsi və ya intizam tənbeh tədbirlərinin görülməsi,
eləcə də həvəsləndirilməsi, mükafatlandırılması, lazım gəldikdə müvafiq qaydada
şöbəyə konkret işçinin qəbulu və dövlət qulluğuna aid digər məsələlər barədə
rəhbərliyə təqdimat vermək;
- Müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarından
daxil olan tapşırıqları, məktubları, direktiv sənədləri, yazışmaları və bu
səpgidən olan digər işləri, həmçinin Komitənin tabeliyində olan və digər
təşkilatlardan daxil olan sorğu xarakterli məktub və sənədləri araşdırmaq və
icra üçün şöbənin işçiləri arasında bölüşdürmək və icraçıları
müəyyənləşdirməklə onları istiqamətləndirmək;
- Komitənin tabeliyində olan təşkilatların
sosial-iqtisadi göstəricilərinin təhlilini təşkil etmək və müvafiq tədbirlərin
görülməsi üçün Komitə rəhbərliyinə təkliflər vermək;
- Vəzifə səlahiyyətlərinə uyğun olaraq və Komitə
rəhbərliyi tərəfindən verilmiş tapşırıqlar əsasında Komitəni müvafiq dövlət
orqanlarında təmsil etmək;
- Komitə rəhbərliyinin tapşırığı ilə şöbəyə aid
məsələlər üzrə kütləvi informasiya vasitələrinə və vətəndaşlara müvafiq
məlumatlar vermək;
- Zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə
üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə
sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;
- Komitənin mərkəzi aparatının şöbələrindən və tabe
təşkilatlardan şöbənin işi ilə əlaqədar zəruri məlumatları və sənədləri almaq.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: texniki və texnoloji ixtisaslar qrupu, yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
07.02.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
28.02.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il 28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.