Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, İdxal və ixraca nəzarət şöbəsi, İdxal və ixrac əməliyyatları sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1240 |
Qulluq funksiyaları |
- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslərin fəaliyyəti üzrə məlumatların toplanması, idxal–ixrac fəaliyyəti ilə məşğul olan və ya onları təmsil edən şəxslər və daşıyıcılar barədə aidiyyəti struktur bölmələri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirilməsi işini təşkil etmək;
- Agentliyin nəzarət dairəsinə aid edilən malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə Vahid Siyahısının hazırlanması və mütəmadi olaraq yenilənməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətini regional bölmələr vasitəsilə həyata keçirmək, həmçinin regional bölmələr tərəfindən bu fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək;
- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsini təşkil etmək;
- qanunla nəzərdə tutulmuş hallarda idxal karantin icazəsinin verilməsini təşkil etmək;
- bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin və baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə bağlı rəy verilməsini təşkil etmək;
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qida məhsullarına, baytarlıq və fitosanitar nəzarətində olan yüklərə müvafiq olaraq qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları və onların dublikatlarının verilməsini, həmin sənədlərin yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa və ləğv edilməsini təşkil etmək;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatlarının (şəhadətnamələrin), habelə sənədlərin nümunələrinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
- aidiyyəti struktur bölmənin məlumatları əsasında ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Gömrük Komitəsinə ötürülməsini təmin etmək;
- Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsinə nəzarət etmək;
- fəaliyyət istiqamətləri üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
- Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində şöbə müdirinə təkliflər vermək;
- şöbə müdirinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün formada icrasını təmin etmək, habelə rəhbərliyə təqdim edilməli hesabatların düzgün tərtib edilməsini, aidiyyəti üzrə vaxtında təqdim olunmasını təmin etmək;
- Sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlanmasını təmin etmək;
- dövlət proqramlarında, strateji yol xəritələrində, strateji planlarda və fəaliyyət planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Agentliyin regional bölmələrində eyni adlı sektorların işinin təşkilini və fəaliyyətlərinin əlaqələndirilməsini aidiyyəti üzrə həyata keçirmək və onlardan müvafiq hesabatları tələb etmək;
- Sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, şərabçılıq, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , dövlət və ictimai münasibətlər, politologiya, kimya, biologiya, kimya mühəndisliyi, tibbi profilaktika ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
07.02.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
28.02.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 7 fevral 2022-ci il tarixindən 28 fevral 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.