Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə: Bakı şəh., Həsən Əliyev 36
|
Dövlət orqanı |
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Struktur bölmə |
İctimaiyyətlə əlaqələr şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1435 |
Qulluq funksiyaları |
- şöbənin fəaliyyət istiqamətləri üzrə
işini təşkil edir və ona rəhbərlik edir;
- tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların
fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə
nəzarət edir;
- Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin
fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılmasını və bu işin mütəmadi olaraq
dövrü mətbuatda işıqlandırılmasını, KİV və ictimaiyyətlə qarşılıqlı əlaqələrin
təşkil edilməsini, təbliğat vasitələrindən geniş istifadə olunmasını həyata
keçirir;
- Dövlət Agentliyinin fəaliyyət istiqamətləri
üzrə ölkə və xarici KİV nümayəndələri ilə, ictimaiyyətlə görüşlərin, seminarların,
mətbuat konfranslarının, brifinqlərin və digər tədbirlərin keçirilməsini təşkil
edir;
- Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin
fəaliyyəti barədə təbliğat və təşviqatı təmin etmək üçün xüsusi bülletenlərin
və digər nəşrlərin buraxılması ilə bağlı təkliflər verir;
- müvafiq yerli və beynəlxalq KİV-də yayımlanan
materialların gündəlik monitorinqlərinin aparılmasını və bu barədə Dövlət Agentliyinin
rəhbərliyinə məlumat verilməsini təmin edir;
- Dövlət Agentliyinin mətbu orqanların kağız və
elektron nəşrlərinə abunə yazılması işini, həmçinin Dövlət Agentliyinin
fəaliyyətinə dair mətbuat materiallarının (qəzet, jurnal, foto, səs və video
materialların) arxivini təşkil edir;
- Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin
fəaliyyəti barədə KİV və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatı,
internet saytının yenilənməsini, malik olduğu və siyahısı qanunla müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyaları həmin saytda yerləşdirilməsini
və onun daimi yenilənməsini təmin edir;
- Dövlət Agentliyinin tədbirlərində KİV
nümayəndələrinin iştirakını təşkil edir;
- fəaliyyət istiqamətləri üzrə yerli və
beynəlxalq təcrübənin öyrənilməsini təmin edir və tətbiqi ilə bağlı təkliflər
verir;
- şöbə üzrə Dövlət Agentliyinin Kollegiyasında müzakirə edilməli
məsələləri müəyyən edir və bu barədə təkliflərini Dövlət Agentliyinin
rəhbərliyinə təqdim edir;
- şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi üçün Dövlət Agentliyinin rəhbərliyinə təqdimatlar verir;
- şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Dövlət
Agentliyinin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
- şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada baxılmasını təşkil edir;
- Səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirir;
- Dövlət Agentliyinin, şöbənin və “ASAN xidmət”
mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər verir;
- Dövlət
Agentliyinin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar
hazırlayır;
- şöbənin
fəaliyyəti barədə Dövlət Agentliyinin sədrinə illik hesabat təqdim edir;
- şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı,
habelə işçilərinin sosial-məişət təminatı haqqında müəyyən edilmiş qaydada
təqdimatlar verir;
- Dövlət Agentliyinin əsasnaməsinə uyğun olaraq digər vəzifələri vaxtında
və keyfiyyətli həyata keçirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, təhsil ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: (MS Windows, MS Office, İnternetdən istifadə və s.) – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
14.04.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.05.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 aprel 2022-ci il 4 may 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.