Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə: Bakı, Akademik Həsən Əliyev küçəsi 36
|
Dövlət orqanı |
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
Struktur bölmə |
Rəqəmsal texnologiyalar və innovasiyalar şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1435 |
Qulluq funksiyaları |
- Dövlət xidmətlərində innovasiyaların tətbiqi üzrə layihələrin
həyata keçirilməsinə nəzarət edir;
- Ölkədə innovasiya ekosistemin inkişafı üçün tənzimləyici və
stimullaşdırıcı tədbirlərə dair təkliflər verir;
- İnnovasiya
fəaliyyəti üzrə startapların inkişafı üçün zəruri ekosistemin təmin edilməsi
üçün təkliflər verir və layihələri həyata keçirir;
- İnnovativ cəmiyyyət quruculuğu üzrə layihələrin həyata
keçirilməsi üçün aidiyyəti dövlət qurumları və digər tərəfdaşlarla əlaqələrin
qurulmasında iştirak edir;
- İnnovasiya və rəqəmsal texnologiyalar sahəsində ən yaxşı təcrübələrin
öyrənilməsi və bilik və texnologiyaların transferinə dəstək göstərir, innovativ
təcrübələrin tətbiqi sahəsində Dövlət Agentliyinin struktur bölmələrinə müvafiq
təkliflər verir;
- Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənir və
uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər verir;
- Dövlət qurumları tərəfindən xidmətlərin həyata keçirilməsində
texnoloji innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparır, bu sahədə fəaliyyətin
prioritet istiqamətlərini müəyyən edir və müvafiq təkliflər hazırlayır;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır,
onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə
nəzarət edir, xidməti fəaliyyətlərinin qiymətləndirilməsini aparır;
- Rəqəmsal hökumətə keçid üzrə təkliflər vermək və bu sahə üzrə
fəaliyyətdə iştirak etmək;
- İnnovativ cəmiyyət quruculuğu sahəsində layihələrin
həyata keçirilməsi və maarifləndirmə işlərini həyata keçirir;
- Beynəlxalq innovasiya indekslərində ölkəmizin mövqeyinin
yaxşılaşdırılması istiqamətində təkliflər verir;
- Dövlət Agentliyinin əməkdaşlarının innovasiya potensialının
ölçülməsi və inkişaf etdirilməsi üzrə zəruri tədbirlər həyata keçirir;
- Beynəlxalq reytinqlərdə ölkənin innovasiya ekosisteminin
yaxşılaşdırılması istiqamətində təhlillər aparır, rüblük və illik icmal
hesabatlarını hazırlayır;
- İnnovasiya fəaliyyəti üzrə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın
qurulması istiqamətində əlaqələndirməni təmin edir və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində təkliflər verir; Beynəlxalq təşkilatlar və
xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsini
aparır;
- Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində təkliflər verir və müvafiq tədbirləri görür;
- Vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətləri
cavablandırır;
- Səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata
keçirir;
- Qulluq funksiyaları çərçivəsində sədr tərəfindən verilən
tapşırıqları yerinə yetirir;
- Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə layihələrinin
hazırlanmasında və icrasında iştirak edir;
- Dövlət Agentliyinin struktur bölmələrinə və tabe qurumlarına
sədr tərəfindən müəyyən edilən sahə üzrə verilən tapşırıqların həyata keçirilməsinə
nəzarət edir və icra vəziyyəti barədə sədrə vaxtaşırı məruzə edir;
- Müəyyən edilən sahə üzrə xidməti materiallar ilə işləyir,
onları rəhbərə məruzə etmək üçün sistemləşdirir;
- Dövlət Agentliyinin struktur bölmə və tabe qurumlarından müəyyən
edilən sahə üzrə zəruri məlumatları və materialları alır, onları təhlil edir və
nəticəsi barədə rəhbərə məruzə edir;
- Sədrin müəyyən edilən sahə üzrə əlaqələrinin təşkilində,
iclas, görüş və müşavirələrində iştirak edir;
- Sədrə müəyyən edilən sahə üzrə ölkədə keçiriləcək tədbirlər
barədə məlumat verir;
- Dövri mətbuatda müəyyən edilən sahə üzrə Dövlət Agentliyinin
fəaliyyətinə dair çap olunmuş materialları toplayır, onların məzmunu barədə sədrə
vaxtaşırı məruzələr edir;
- Fəaliyyət istiqamətlərinə aid hüquqi aktların hazırlanması zamanı təkliflər verir;
- Vəzifəsi
üzrə verilən digər tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, informasiya təhlükəsizliyi, informasiya-təhlil fəaliyyəti, kompüter elmləri, hüquqşünaslıq, ictimai təhlükəsizlik və idarəetmə ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: (MS Windows, MS Office, İnternetdən istifadə və s.) – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1;
|
Xüsusi tələblər |
“Elektron hökumət” prinsipləri ilə tanışlıq – yüksək səviyyədə Xidmətlərin elektron təşkili üzrə analiz və təkliflərin formalaşdırılması bacarığı – yüksək səviyyədə İnformasiya sistemlərinin təşkili və iş prinsipləri ilə tanışlıq – yüksək səviyyədə Sahəvi qanunvericilik aktları ilə tanışlıq - orta səviyyədə |
Müsahibə elanının tarixi |
14.04.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.05.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1762); e-mail: l.qedirova@dim.gov.az;
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 102,111,117); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 aprel 2022-ci il 4 may 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.