Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, Rəhbərlik |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparat rəhbərinin müavini (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
3 |
Aylıq vəzifə maaşı |
1555 |
Qulluq funksiyaları |
- Nazirliyin aparatının və tabeli qurumlarının səmərəli işləməsini təmin etmək məqsədilə fəaliyyətini təhlil etmək və təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- aparatın struktur bölmələrinin Əsasnamələrinə uyğun olaraq, onların işinin təşkilinə nəzarət etmək, işin təşkili ilə əlaqədar struktur bölmələrin rəhbərlərinə şifahi və yazılı tapşırıq və göstərişlər vermək;
- Nazirliyin fəaliyyəti ilə əlaqədar olaraq müvafiq sahədə xarici ölkələrin təcrübəsinin təhlili əsasında normativ hüquqi sənədlərin layihələrinin və sahə standartlarının hazırlanmasında iştirak etmək və zəruri hallarda qəbul edilmiş sənədlərə dəyişiklik edilməsi barədə təkliflər vermək;
- Nazirliyin hüquqi aktları ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində beynəlxalq, ölkə və ya region miqyaslı tədbirlərdə iştirak etmək;
- Nazirliyin tabeliyindəki qurumlarında monitorinqlərin aparılmasını təşkil etmək;
- Nazirliyin mərkəzi aparatında, tabeliyində olan qurumlarda və vəzifəli şəxslər arasında iş bölgüsü aparmaq, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək və xidməti fəaliyyətlərinin qiymətləndirilməsini aparmaq;
- cari iş bölgüsünə əsasən iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
- Aparata daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onlara cavabların düzgün hazırlanmasını və vaxtında göndərilməsini təşkil etmək;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
- rəhbərliyin tapşırığına əsasən, təşkil olunmuş tədbir və görüşlərdə Nazirliyi təmsil etmək;
- dövlət orqanının aparatının rəhbərinin göstəriş və tapşırıqlarını yerinə yetirmək və aparat rəhbəri işdə olmadığı halda onun vəzifə funksiyalarını icra etmək;
- xidməti vəzifəsinin icrası ilə bağlı dövlət orqanının rəhbəri və onun müavini tərəfindən verilmiş aidiyyəti əmrləri, tapşırıqları və göstərişləri yerinə yetirmək;
-
Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsi üçün
Nazirliyin Aparatının struktur bölmələrinə müvafiq tapşırıqlar verilməsi,
bu tapşırıqların icrasına nəzarət edilməsi və onlardan zəruri məlumatların
alınması;
- Aparat rəhbərinin tapşırığı ilə Nazirliyin Aparatının struktur bölmələrinin işinin əlaqələndirilməsi və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi;
- Nazirliyin Aparatının struktur bölmələrinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflərin aparat rəhbərinə təqdim edilməsi;
- Nazirin, nazir müavinlərinin və aparat rəhbərinin iştirakı ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin təşkil edilməsi;
- Nazirin, nazir müavinlərinin və aparat rəhbərinin tapşırıqlarının icrasının təşkil edilməsi;
- Nazirliyin Kollegiya iclaslarının gündəliyi layihəsi barədə təkliflərin aparat rəhbərinə təqdim edilməsi;
- Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş digər funksiyaların həyata keçirilməsi;
- xarici
ölkələrin tədqiqat institutları və müvafiq beynəlxalq təşkilatlarla ilə yeni əlaqələrin
qurulması və mövcud əlaqələrin genişləndirilməsi, onlar tərəfindən təqdim
edilmiş proqramların həyata keçirilməsində iştirak etmək;
- Nazirliyin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərinə təqdimatlar vermək;
- Nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmət
keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini əlaqələndirmək
və görülmüş işlər barədə rəhbərliyə hesabatlar təqdim etmək;
- fiziki və hüquqi şəxslərlə görüşlərin təşkili, müvafiq sahədə mövcud olan problemlərin öyrənilməsi, təkliflərin alınması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
29.04.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.05.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 aprel 2022-ci il 20 may 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.