Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, Nəqliyyat siyasəti şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
Dövlət orqanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Struktur bölmə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, Nəqliyyat siyasəti şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • dövlət orqanının rəhbərliyinin tapşırığı ilə həmin orqanın funksiya və səlahiyyətlərinin həyata keçirilməsinin, habelə şöbənin səlahiyyətinə aid edilmiş məsələlərin şöbə tərəfindən həll olunmasının təmin edilməsi;
  •  Beynəlxalq miqyasda həyata keçirilən nəqliyyat siyasətini təhlil edərək, milli nəqliyyat siyasəti üçün prioritet istiqamətlərin müəyyən edilməsi; 
  • Müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi, strateji planlaşdırmanın aparılmasında və inkişaf üçün prioritet istiqamətlərin müəyyənləşdirilməsində iştirak edilməsi;
  •  Müvafiq sahədə beynəlxalq inteqrasiyanın və iqtisadi inkişafın sürətləndiriməsi üçün strateji istiqamətləri üzrə təkliflərin verilməsi;
  • Azərbaycan Respublikası ərazisindən keçən bütün beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətlinin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında Hökumətlərarası Komissiyaların işində iştirak edilməsi;
  • Normativ-hüquqi sənədlərin, beynəlxalq və yerli investisiya layihələrinin və onların tətbiqetmə imkanlarının qiymətləndirilməsi;
  • Müvafiq sahədə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın həyata keçirilməsində iştirak edilməsi;
  • Müvafiq sahədə Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzrətin həyata keçirilməsində iştirak edilməsi;
  • şöbənin səlahiyyətlərinə daxil olan məsələlər üzrə nazirliyin həyata keçirdiyi siyasət üzrə təkliflərin hazırlanması;
  • Nazirliyin rəhbərliyinin tapşırıqlarının, əmrlərinin, sərəncamlarının, kollegiya qərarlarının qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;
  • şöbənin fəaliyyətinin onun əsasnaməsinə və nazirliyin həyata keçirdiyi funksiya və səlahiyyətlərə uyğun olaraq təşkil edilməsi; 
  • rəhbərlik etdiyi şöbənin fəaliyyətinin  təşkil edilməsi; 
  • şöbədə çalışan dövlət qulluqçuları arasında iş bölgüsünün müəyyənləşdirilməsi və onların işinə nəzarət edilməsi; 
  • şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarının və digər bu kimi sənədləri imzalanması, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edilməsi; 
  • şöbədə çalışan dövlət qulluqçularının qanunvericiliyə uyğun olaraq vəzifədə irəli çəkilməsi, ixtisas dərəcələrinin artırılması, mükafatlandırılması, xidməti fəaliyyətlərinin qiymətləndirilməsi və dövlət qulluğuna aid olan digər məsələlər üzrə rəhbərliyə təqdimatın verilməsi; 
  • şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasının təşkil edilməsi;
  • şöbədə əmək və icra intizamına dövlət qulluqçuları tərəfindən riayət olunmasına nəzarət edilməsi və lazımi hallarda dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün dövlət orqanının rəhbərinə təqdimatın verilməsi; 
  • şöbədə kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasının təmin edilməsi;
  • şöbənin vəzifələrini yerinə yetirmək üçün tələb olunan məlumat və sənədlərin Nazirliyin digər şöbələrindən və struktur bölmələrindən alınması;
  • şöbədə məxfilik rejiminin təmin edilməsi; 
  • dövlət qurumlarına, habelə hüquqi və fiziki şəxslərə göndərilən məktubların rəhbərliyin göstərişinə əsasən  imzalanması; 
  • şöbənin fəaliyyətinin Nazirliyin aparatının struktur bölmələri və qurumlarla əlaqələndirilməsi; 
  • səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlərin verilməsi, onların icrasının təşkil edilməsi və icrasına nəzarətin həyata keçirilməsi;
  • şöbənin müvafiq hesabatlarının təsdiq edilməsi; 
  • Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edilməsi; 
  • Şöbənin Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: kosmik texnika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, iqtisadiyyat, menecment, kosmik texnologiyalar mühəndisliyi, kosmik idarəetmə sistemləri mühəndisliyi, avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, uçuş mühəndisliyi, dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi, dəniz texnikası və texnologiyası mühəndisliyi, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, inşaat mühəndisliyi, dünya iqtisadiyyatı, biznesin idarə edilməsi, nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
Müsahibə elanının tarixi 29.04.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 20.05.2022 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 aprel 2022-ci il   20 may 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.