Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Əqli Mülkiyyət Agentliyi üzrə: Ü.Hacıbəyli 84, Hökumət Evi İnzibati Binası
|
Dövlət orqanı |
Əqli Mülkiyyət Agentliyi |
Struktur bölmə |
|
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı rəhbərinin köməkçisi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1210 |
Qulluq funksiyaları |
- Vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
- İdarə Heyətinin sədrinin tapşırığına əsasən Agentliyin Aparatı və tabeliyində olan qurumlardan müvafiq sənədlər, məlumatlar və arayışlar tələb etmək;
- İdarə Heyətinin sədrinin tapşırığı ilə zəruri olan sənəd və materialları hazırlamaq və ya onların hazırlanmasını təmin etmək;
- İdarə Heyətinin sədrinin rəhbərliyi ilə keçirilən iclas və müşavirələrdə müzakirə ediləcək təlimatların, qaydaların və digər normativ sənədlərin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək;
- İdarə Heyətinin sədrinin xidməti iş otağının zəruri texniki vasitələr və dəftərxana ləvazimatları ilə təmin edilməsinə nəzarət etmək;
- İdarə Heyətinin sədrinin digər xidməti tapşırıqlarının icrasını yerinə yetirmək;
- Agentliyin fəaliyyəti ilə bağlı olan bütün məlumatların gündəlik qısa məzmunu barədə İdarə Heyətinin sədrini məlumatlandırmaq;
- Agentliyə həvalə olunmuş dövlət əhəmiyyətli tədbirlərin və tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün səlahiyyətləri çərçivəsində müvafiq işlər görmək və s.
- Agentliyin aparatında, strukturuna daxil olan və tabeliyində olan qurumlarda informasiya texnologiyalarından istifadənin səmərəliliyinin artırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
- İnformasiya texnologiyaları sahəsi üzrə mövcud vəziyyəti ümumləşdirərək təhlil etmək və mütəmadi olaraq Agentliyin İdarə Heyətinin sədrinə məlumat vermək;
- Agentliyin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi xidmətlər zamanı qarşıya çıxan problemlərin korporativ və səmərəli həlli istiqamətində tədbirləri həyata keçirmək, bu məqsədlə qabaqcıl xarici təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində təkliflərin hazırlanmasının təmin edilməsində iştirak etmək;
- Agentliyin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki layihələrinin icrası və monitorinqi ilə əlaqədar tədbirləri həyata keçirmək;
- Məlumatların təhlükəsizliyini təmin etmək və onların icazəsiz yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək;
- Agentliyin Nizamnaməsi və İdarə Heyətinin sədrinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirmək, habelə qanunvericilikdə nəzərdə tutulan və Agentliyin funksiyalarına daxil olan digər işləri yerinə yetirmək;
- Xüsusi tapşırıqların vaxtında və düzgün icra edilməsinə nəzarət etmək və yaranmış problemlər haqqında rəhbərliyə vaxtında məlumat vermək
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: əməliyyat sistemləri (Windows 10-11, Windows Server 2008-2019, Active Directory), Linux, Unix; ofis proqramları (MS Office 2007-2019, Office 365); verilənlər bazasının idarəetmə sistemləri (MS SQL, My SQL); mail serverin idarə olunması (Exchange Server 2016-2019); şəbəkə texnologiyaları; bulud texnologiyaları; virtual serverlər (VMware/vCenter, Hyper-V)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|
Xüsusi tələblər |
İnformasiya texnologiyaları sahəsində peşəkar iş təcrübəsi, təşkilatçılıq və problemi həll etmək səriştəsi, qərarvermə və ünsiyyət qabiliyyəti yüksək olan namizədlərə üstünlük veriləcək. |
Müsahibə elanının tarixi |
30.06.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
19.07.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 30 iyun 2022-ci il 19 iyul 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.