Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 100 A
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətinə nəzarəti həyata keçirir;
  • Şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına riayət olunmasına nəzarət edir;
  • Ətraf mühit sahəsində qabaqcıl ölkələrdə yürüdülən ekoloji siyasət, menecment, ətraf mühitin mühafizəsi sahələrində son nailiyyətlərin öyrənilməsi və bu istiqamətlərdə münasib olanlarını iş fəaliyyətində tətbiq edir;
  • Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını nəzarət edir;
  • Şöbədə işçilərinin mükafatlandırılması, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı  şöbənin müdirinə təkliflər verir; 
  • Tabeliyində olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə, yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir; 
  • Ətraf mühitin və təbii sərvətlərin təmzimlənməsi istiqamətində  proqram və layihələrin hazırlanmasında iştirak edir;
  • Aidiyyəti qurumlar tərəfindən yaşıllıqların uçot və hesabatların aparılması tədbirlərinə, müvafiq məlumatların toplanmasına nəzarəti həyata keçirir; 
  • Geoloji-kəşfiyyat və geodeziya-kartoqrafiya işlərinin  mövcud  standartlara, təlimatlara və qaydalara uyğun surətdə, səmərəli  və  keyfiyyətlə yerinə  yetirilməsinin təşkili və icrasına nəzarət edir;
  • Aidiyyəti qurumlar tərəfindən  təbii sferaların (torpaq, su, hava, tullantı, yerin təki, flora və fauna ) mühafizəsi və səmərli istifadəsi sahəsində gördüyü işlərin təhlili və nəzarəti həyata keçirir;
  • “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının icrası ilə bağlı ETSN tərəfindən müvafiq məlumatların Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməsinə nəzarət edir;
  • İşğaldan azad olunmuş ərazilərdə təbiət obyektlərinə dəymiş ziyanların müəyyən edilməsi və qiymətləndirilməsi işlərinə nəzarəti həyata keçirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: kənd təsərrüfatı ixtisasları qrupu, təbiət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, geologiya mühəndisliyi, fizika müəllimliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi, dağ-mədən mühəndisliyi, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, geodeziya və xəritəçilik mühəndisliyi , kimya müəllimliyi, coğrafiya müəllimliyi, ekologiya mühəndisliyi, biologiya müəllimliyi, tarix və coğrafiya müəllimliyi, kimya və biologiya müəllimliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 01.08.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 15.08.2022 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 1 avqust 2022-ci il   15 avqust 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.