Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Struktur bölmə |
Rəhbərlik |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı rəhbərinin müşaviri - nazirin müşaviri (İnformasiya texnologiyaları sahəsi üzrə) (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1210 |
Qulluq funksiyaları |
- Nazirin həvalə etdiyi müvafiq sahəyə funksional nəzarəti həyata keçirir;
- Nazirin həvalə etdiyi müvafiq sahənin inkişafı istiqamətində zəruri
tədbirlər görür;
- Müvafiq sahədə normativ
hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların
hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
-
Müvafiq sahə üzrə nazirin
xüsusi tapşırıqlarını yerinə yetirir;
- Nazirliyin
fəaliyyətinin əsas istiqamətləri, prioritetlər və rəqəmsal transformasiya siyasətinin
əsas prinsipləri üzrə nazirin tapşırığı əsasında işlərin yerinə yetirilməsinə nəzarət
edir;
- Nazirin həvalə etdiyi sahələr üzrə mövcud vəziyyəti ümumiləşdirir,
onların fəaliyyətini təhlil edir və mütəmadi olaraq nazirə məlumat verir;
- Nazirin tapşırığı əsasında həvalə olunmuş sahələr üzrə işlərin yerinə
yetirilməsinin forma və metodlarını, həmçinin normativ hüquqi əsaslandırmalarla
bağlı təkliflər hazırlayır;
- Qəbul edilmiş qərarlar üzrə gözlənilən nəticələr
barədə naziri məlumatlandırır;
- Nazirin həvalə etdiyi sahələrə aid struktur
bölmələrin, strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki
digər qurumların fəaliyyətinə nəzarətin həyata
keçirilməsində iştirak
edir;
- Müvafiq sahənin
inkişafı üzrə
beynəlxalq təcrübənin
tətbiqinə
dair təkliflər verir;
- Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin rəqəmsal transformasiya strategiyasına uyğun
olaraq iş proseslərinin avtomatlaşdırılması və digər rəqəmsallaşma fəaliyyətinin
icrası üçün qarşıya qoyulmuş vəzifə və öhdəliklərin icrası ilə bağlı nazirə
elmi metodiki dəstək köməklik göstərir;
- Nazirliyin
rəqəmsal transformasiya siyasətini formalaşdırılmasında iştirak edir;
- Nazirliyin
tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı işlər həyata
keçirilir;
- İş proseslərinin sadələşdirilməsi və rəqəmsal mühitə keçirilməsi ilə
bağlı təkliflər ilə çıxış edir;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, ekologiya mühəndisliyi, hüquqşünaslıq, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi, dağ-mədən mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
01.08.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
15.08.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 1 avqust 2022-ci il 15 avqust 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.