Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, Daxili nəzarət və audit şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Nazirliyin aparatında və
qurumlarında daxili nəzarət tədbirlərini təşkil edir, belə tədbirləri Nazirliyin
aparatında həyata keçirir;
- Nazirliyin aparatında və
qurumlarında daxili auditin aparılmasını təşkil edir və həyata keçirir, o cümlədən
hüquqi aktlarda nəzərdə tutulmuş vəzifə, funksiya və səlahiyyətlərin Nazirliyin
aparatının və qurumlarının əməkdaşları tərəfindən yerinə yetirilməsi vəziyyətinin
müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədi ilə daxili audit yoxlamaları
və monitorinqlər aparır;
- Nazirliyin aparatının,
qurumlarının və onların əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir
hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri,
hesabatlar, icmal məlumatlar, protokollar və aktlar və s.) müvafiq hüquqi
aktlarla, həmçinin mövcud məlumatlarla tutuşdurulması (üzləşdirilməsi) məqsədi
ilə sənədli yoxlama aparır;
- Nazirliyin aparatının və
qurumlarının əməkdaşları barədə xidməti araşdırma aparır;
- şöbənin fəaliyyətini təşkil
edir və ona rəhbərlik edir, tabeliyində
olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir,
əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir, şöbəyə həvalə
edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını
və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin
vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
- daxili nəzarət və audit
siyasətini və strategiyasını hazırlayır, şöbə üzrə Nazirliyin kollegiyasında
müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin
rəhbərliyinə təqdim edir;
- audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan
qaldırılmasına məsul olan şəxslər göstərilməklə, audit yoxlaması aparılmış
qurumun rəhbərinə risklərin idarə edilməsi, nəzarət sistemlərinin və korporativ
idarəetmə proseslərinin təkmilləşdirilməsinə yönəldilmiş tövsiyələr verir;
- auditlə bağlı hesabatı vaxtında və keyfiyyətlə tərtib ediməsinə nəzarət
edir;
- Nazirliyin strukturuna daxil olan qurumlarda və struktruna daxil
olmayan tabeliyindəki qurumlarda maliyyə göstəriciləri üzrə audit yoxlamaları aparmaq və çatışmazlıqların aradan qaldırılması üçün
təkliflər verir;
- mühasibat uçotunun aparılmasının və
maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlayır;
- təsərrüfat
subyektinin xərclərinin səmərəliliyini qiymətləndirir;
- daxili
nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin
idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Nazirliyin rəhbərliyinə
təkliflər verir;
- maliyyə
risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və təsərrüfat subyektlərinin Nazirlik tərəfindən səmərəli idarə edilməsinə nəzarət edir;
- maliyyə
hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hüquqi məsələləri nəzərdən
keçirir və öz tövsiyələrini verir;
- müəssisənin
illik və cari maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə
nəzarət edir;
- şöbədə müntəzəm və səmərəli
fəaliyyətin təmin edilməsi, məqsədlərə nail olmaq üçün risklərin idarə
edilməsi, istənilən dəyişikliyə qısa müddət ərzində münasibət bildirməsi
məqsədilə yaradılan daxili nəzarət sisteminin səmərəliliyini və adekvatlığını
müəyyən edir;
- şöbənin əməkdaşları barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə
təqdimatlar verir;
- şöbənin vəzifələrini yerinə
yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən,
qurumlardan zəruri məlumat və sənədləri alır;
- şöbə üzrə daxil olan məktub,
ərizə, şikayət və təkliflərə baxılmasını təşkil edir, şöbədə kargüzarlıq işlərinin
aparılmasını və məxfilik rejimini təmin edir;
- şöbəyə daxil olan sənədləri
öyrənir, qeydiyyata alır, onların əsasında nazirə məlumat verir və ya onun
yanında baxılmaq üçün təkliflər hazırlayır;
- şöbədə nizam-intizam
qaydalarını və icra intizamını pozan işçilərin cəzalandırılması barədə nazirə təqdimat
və rəy verir;
- vaxtaşırı rəhbərlik üçün
tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlayır, şöbəni təmsil edir;
- Şöbənin Əsasnaməsinə uyğun
fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: dövlət və bələdiyyə idarəetməsi, menecment, iqtisadiyyat, maliyyə, dünya iqtisadiyyatı, sənayenin təşkili və idarə olunması, hüquqşünaslıq, mühasibat uçotu və audit ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
24.08.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
12.09.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 avqust 2022-ci il 12 sentyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.