Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, Rəhbərlik |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı rəhbərinin müşaviri - nazirin müşaviri (İctimaiyyətlə əlaqələr üzrə) (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1210 |
Qulluq funksiyaları |
- müvafiq sahənin inkişafının əsas istiqamətlərinin və bu sahədə
dövlət proqramları layihələrinin hazırlanmasında iştirak etmək;
- müvafiq sahə üzrə struktur bölmələri tərəfindən əsasnamələri ilə müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsi və verilmiş göstəriş və tapşırıqların icrasının təmin edilməsi vəziyyətinə nəzarət etmək;
- müvafiq sahə üzrə strukturların fəaliyyətinin modernizasiyasını və transformasiyasını həyata keçirmək;
- müvafiq sahə üzrə strukturların fəaliyyətində modernizasiyanın və transformasiyanın təkmilləşdirilməsi üzrə dövlət orqanın rəhbərinə təkliflər vermək;
- dövlət orqanının rəhbərinin və onun müavinlərinin göstərişi əsasında aparatın struktur bölmələrinə verilmiş tapşırıqların icra müddətlərinə nəzarət etmək;
- müvafiq sahəyə funksional nəzarəti həyata keçirmək və sahәnin inkişafı istiqamətindә zəruri tәdbirlər görmək;
- müvafiq sahә üzrə daxil olmuş şikayәt xarakterli müraciətlərin tərkibinin təhlilinin nəticəsindən asılı olaraq, şikayət yaradan səbəblərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar vermək;
-
Nazirliyin
fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması,
ictimaiyyətin məlumatlandırılması ilə bağlı məsələlərin həll
edilməsi;
-
kütləvi
informasiya vasitələrində və ictimaiyyətdə Nazirliyin işgüzar
nüfuzunun qorunmasının təmin edilməsi və bu istiqamətdə lazım olan
tədbirlərin təşkili və icra edilməsinə nəzarətin həyata keçirilməsi;
-
Nazirliyin
ehtiyacına uyğun təbliğat və maarifləndirmə kampaniyalarının müəyyən
edilməsi, hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;
-
ictimaiyyətlə
əlaqələr sahəsindəki xidmətlərin yüksəldilməsi və bu prosesin
effektivləşdirilməsi ilə bağlı məsələlərdə rəhbərliyə təkliflər verilməsi;
- dövlət orqanları, ictimai
birliklər, hüquqi şəxslər ilə əlaqələrin saxlanılması, lazımi
informasiyanın toplanması sisteminin və bütövlükdə ictimaiyyətlə əlaqələr fəaliyyətinin
təkmilləşdirilməsi məqsədi ilə xarici əlaqələrin genişlənməsinin təşkil
edilməsi;
- Nazirliyin veb və
sosial media səhifələrinin yenilənməsini təmin etmək;
- Nazirliyin
strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumların
ictimaiyyətlə əlaqələrin həyata keçirilməsi fəaliyyətinə nəzarət etmək və
müvafiq standartlara riayət olunmasını təmin etmək;
- müvafiq sahə üzrə görülmüş işlərin, həmçinin müvafiq strukturların fəaliyyətinin nəticələrini təhlil etmək, ümumiləşdirmək və bu barədə müvafiq qaydada dövlət orqanının rəhbərinə məlumat vermək;
-
mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin
çıxışlarının və məktublarının mətnlərinin hazırlanması üçün lazımı
məlumatları toplamaq, mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin
yanında iclas və müşavirələrin keçirilməsi məqsədilə lazım olan sənədləri
toplamaq;
-
müvafiq sahə üzrə strukturların fəaliyyəti
üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və bu təcrübənin tətbiqi ilə
əlaqədar təkliflərin hazırlanmasına nəzarət etmək;
- qanunvericiliyə uyğun olaraq xidməti fəaliyyətlə bağlı əldə edilmiş dövlət sirrinə aid olan məlumatların qorunmasına nəzarət etmək;
- müvafiq sahә üzrә dövlət orqanının rəhbərinin xüsusi tapşırıqlarının yerinə yetirilməsini təmin etmək;
- xidməti vəzifəsinin icrası ilə bağlı dövlət orqanı rəhbərinin və müavinlərinin tapşırıqlarını yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
|
Müsahibə elanının tarixi |
24.08.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
12.09.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 avqust 2022-ci il 12 sentyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.