Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, İnsan resurslarının idarə edilməsi şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Nazirliyin qurumlarında dövlət qulluğu sahəsinə və əmək
qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə ümumi
nəzarət həyata keçirmək
- Nazirliyin Aparatında və qurumlarında dövlət qulluğu və əməkdaşların
uçotu işinin aparılmasına metodiki
və əməli rəhbərliyi həyata keçirmək
- dövlət qulluğuna qəbulla və vakant inzibati vəzifələrin tutulması ilə
bağlı zəruri tədbirləri həyata keçirmək, insan resurslarının formalaşdırılması
və səmərəli idarə edilməsini və müvafiq sahənin inkişafını təmin etmək
- “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və dövlət qulluğunu
tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq dövlət qulluğu ilə bağlı
məsələlərin həllini təmin etmək
- şöbənin
fəaliyyətini təşkil etmək və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata
keçirmək
- şöbənin
işçiləri arasında iş bölgüsünü aparmaq, əməkdaşlar tərəfindən vəzifələrin
vaxtında və düzgün icra edilməsinə, əmək intizamına və daxili qaydalara riayət
olunmasına nəzarət etmək
- Nazirlikdə
xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinə ümumi nəzarət etmək və
tabeliyinde olan dövlət qulluqçularının xidməti fəaliyyətini qiymətləndirilmək
- Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, məzuniyyət cədvəllərinin tərtib
olunması və əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması,
ezamiyyətə göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasını təmin
etmək
- Nazirliyin
rəhbərliyini insan resurslarının idarə edilməsi vəziyyəti və əməkdaşların
xidməti fəaliyyəti haqqında məlumatlarla təmin etmək
- dövlət
qulluqçularının peşə-ixtisas hazırlığı, ixtisas artımı və yenidənhazırlanmaları
ilə bağlı əlavə peşə təhsili sahəsində proqramların yaradılması və onların
həyata keçirilməsinə nəzarət etmək
- aidiyyəti
qurumlarla birlikdə əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək,
peşəkarlığının artırılması, etik davranış və əmək intizamı məsələləri üzrə
tədbirlər (görüş, seminar, təlim, treninq və s.) təşkil etmək, yerli və
beynəlxalq təlim proqramlarının yaradılması və onların həyata keçirilməsinə
nəzarət etmək
- Nazirliyin
insan resursları ilə təminatının proqnozlaşdırılmasını, işçi ehtiyatının
formalaşdırılmasını, dövlət qulluqçularının şəxsi işinin aparılmasını, insan
resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata
keçirilməsini təmin etmək
- insan
resurslarının idarə edilməsi, işə qəbul və onun sənədləşdirilməsi, əmək
müqavilələrinin tərtibi, işçilərin işə davamiyyəti, hərbi qeydiyyat və hərbi
uçot məsələlərinə nəzarət etmək
- Nazirliyin
Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların
rəhbərləri ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və
müsahibə proqramlarının hazırlamasını təmin etmək
- əməkdaşların
xidməti fəaliyyəti haqqında məlumatlar toplamaq, yeniləmək və təhlil etmək,
onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, dövlət
qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi, dövlət qulluğu
və əmək münasibətləri ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan
istifadə etmək
- fəaliyyət
istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və
təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun
olaraq baxılmasını təmin etmək
- yeni işə qəbul olunmuş işçilərin kollektivə təqdim
edilməsi və işə uyğunlaşması istiqamətində tədbirlər görmək, adaptasiya
proqramları hazırlamaq və həyata keçirmək
- şöbənin
fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və
ya arxivə təhvil verilməsinə nəzarət etmək
- şöbədə
kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını
təmin etmək
- Nazirlikdə
keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və
elmi-texniki şuranın iclaslarında iştirak etmək
- Şöbənin Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri
üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu, təbiət ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
24.08.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
12.09.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 avqust 2022-ci il 12 sentyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.