Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, İnsan resurslarının idarə edilməsi şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1270 |
Qulluq funksiyaları |
- Nazirliyin qurumlarında dövlət qulluğu sahəsinə və əmək
qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə ümumi
nəzarət həyata keçirmək;
- sahə üzrə normativ hüquqi akt
layihələrinin hazırlanmasında iştirak etmək və hazırlanan normativ hüquqi akt
layihələrinə dair təkliflər vermək;
- şöbəyə dövlət qurumlarından
baxılmaq üçün göndərilən sənədlərin layihələrinə rəy və təkliflərin, o cümlədən
hüquqi cəhətdən əsaslandırılmaların hazırlanması;
- Nazirliyin Aparatında və qurumlarında dövlət qulluğu və əməkdaşların
uçotu işinin aparılmasına metodiki
və əməli rəhbərliyi həyata keçirmək;
- Korrupsiya hüquqpozmaların aşkar
edilməsi və qarşısının alınmasına dair tədbirlər görmək;
- dövlət qulluğuna qəbulla və vakant inzibati vəzifələrin tutulması ilə
bağlı zəruri tədbirləri həyata keçirmək, insan resurslarının formalaşdırılması
və səmərəli idarə edilməsini və müvafiq sahənin inkişafını təmin etmək;
- nazirliyin strukturuna daxil olan və
strukturuna daxil olmayan tabeliyindəki qurumları tərəfindən həyata keçirilən
dövlət qulluğu və əmək fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət
etmək;
- “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və dövlət qulluğunu
tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq dövlət qulluğu ilə bağlı
məsələlərin həllini təmin etmək;
- normativ
hüquqi aktların hazırlanması ilə bağlı Nazirlikdə yaradılmış komissiyalarda,
işçi qruplarında şöbəni təmsil etmək və onların işində iştirak etmək;
- Nazirlikdə xidməti fəaliyyətin
qiymətləndirilməsi prosesinə ümumi nəzarət etmək və tabeliyinde olan dövlət
qulluqçularının xidməti fəaliyyətini qiymətləndirilmək;
- Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq, məzuniyyət cədvəllərinin tərtib olunması və
əməkdaşlara məzuniyyət verilməsi, onların qeydiyyatının aparılması, ezamiyyətə
göndərilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasını təmin etmək;
- Nazirliyin rəhbərliyini insan
resurslarının idarə edilməsi vəziyyəti və əməkdaşların xidməti fəaliyyəti
haqqında məlumatlarla təmin etmək;
- dövlət qulluqçularının peşə-ixtisas hazırlığı, ixtisas artımı və yenidənhazırlanmaları ilə bağlı əlavə peşə təhsili sahəsində proqramların yaradılması və onların həyata keçirilməsinə nəzarət etmək;
- aidiyyəti qurumlarla birlikdə
əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək, peşəkarlığının artırılması,
etik davranış və əmək intizamı məsələləri üzrə tədbirlər (görüş, seminar,
təlim, treninq və s.) təşkil etmək, yerli və beynəlxalq təlim proqramlarının
yaradılması və onların həyata keçirilməsinə nəzarət etmək;
- Nazirliyin insan resursları ilə
təminatının proqnozlaşdırılmasını, işçi ehtiyatının formalaşdırılmasını, dövlət
qulluqçularının şəxsi işinin aparılmasını, insan resurslarının idarə edilməsi
sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin etmək;
- insan resurslarının idarə edilməsi, işə qəbul
və onun sənədləşdirilməsi, əmək müqavilələrinin tərtibi, işçilərin işə
davamiyyəti, hərbi qeydiyyat və hərbi uçot məsələlərinə nəzarət etmək;
- Nazirliyin Aparatının struktur
bölmələrinin və strukturuna daxil olan qurumların rəhbərləri ilə birlikdə
dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə
proqramlarının hazırlamasını təmin etmək;
- əməkdaşların xidməti fəaliyyəti
haqqında məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların qulluqda
yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularına ilkin və
növbəti ixtisas dərəcələrinin verilməsi, dövlət qulluğu və əmək münasibətləri
ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək;
- fəaliyyət istiqamətləri üzrə
vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil
olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin
etmək;
- yeni işə qəbul olunmuş işçilərin
kollektivə təqdim edilməsi və işə uyğunlaşması istiqamətində tədbirlər görmək,
adaptasiya proqramları hazırlamaq və həyata keçirmək;
- şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət etmək;
- Əmək mübahisələrinin həllində
iştirak etmək və əmək mübahisələri ilə bağlı məhkəmələrdə və digər qurumlarda
etibarnamə əsasında Nazirliyi təmsil etmək ;
- şöbənin fəaliyyət istiqamətləri üzrə
rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların
aparılmasında, analitik materialların hazırlanmasında iştirak etmək;
- şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- şöbədə kargüzarlıq işinin “Dövlət
orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında
kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin etmək;
- Şöbə müdiri olmadıqda onun
səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirmək; şöbə müdirinin
müəyyənləşdirdiyi iş bölgüsünə uyğun olaraq şöbədə işləyən dövlət qulluqçuları
ilə iş aparmaq;
- Şöbənin Əsasnaməsinə uyğun fəaliyyət
istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək;
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, Internet, MS Office və s. – yüksək səviyyədə;
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
24.08.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
12.09.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 avqust 2022-ci il tarixindən 12 sentyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.