Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Elektroenergetika və enerji səmərəliliyi şöbəsi, Enerji səmərəliliyi sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
895 |
Qulluq funksiyaları |
- Enerji resurslarından səmərəli istifadə, enerji səmərəliliyi (bundan
sonra müvafiq sahə) və yanacaq-energetika sahəsində ətraf mühitin
mühafizəsi ilə bağlı perspektiv inkişaf istiqamətləri üzrə dövlət və sahə
proqramlarının, inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində
iştirak edilməsi;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin
həyata keçirilməsi;
- şöbənin əsasnaməsində nəzərdə tutulmuş hallarda dövlət energetika
ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
- müvafiq sahədə iqtisadi, texniki və təşkilati tələblərin müəyyən
olunması ilə bağlı təkliflərin hazırlanmasında iştirak edilməsi;
- enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanması və
müvafiq tədbirlərin həyata keçirilməsinin təmin edilməsində iştirak edilməsi;
- enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə
mexanizminin yaradılmasında və tətbiqində iştirak edilməsi;
- enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan
maliyyələşdirilməsi istiqamətlərinin müəyyən olunmasında iştirak edilməsi;
- müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin
yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanması və həyata
keçirilməsində iştirak edilməsi;
- müvafiq sahəyə dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə
yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını
araşdırıb təkliflər hazırlanması;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm,
texnika və texnologiyanın inkişafı və elmi-texniki nailiyyətlərin tətbiqi ilə
bağlı təkliflərin hazırlanması;
- müvafiq sahədə vəziyyətin və mövcud problemlərin təhlilinin aparılması
və onların həlli yolları ilə bağlı təkliflərin hazırlanmasında iştirak
edilməsi;
- yanacaq-energetika sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən
irəli gələn vəzifələrin həyata keçiirlməsində iştirak edilməsi;
- yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində
ekologiya sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün iqtisadi stimulların
hazırlanmasında iştirak edilməsi;
- yanacaq-energetika sahəsində ətraf mühitin təhlükəsizliyi ilə bağlı
hesabatların hazırlanması və əlaqədar təşkilatlara təqdim edilməsi;
- energetika sektorunun ətraf mühitə təsirinin qarşısının alınması
sahəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə nazirlik üzrə
ümumiləşdirilmiş hesabatların hazırlanması;
- yanacaq və energetika obyektlərinin tikilməsi və yenidən qurulması,
qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki
ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
- enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf
mühitə və ya insanların həyat və sağlamlığına təhlükə yarandıqda, bu enerji
qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün
sektor müdirinə təkliflərin verilməsi;
- müvafiq sahədə elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin
tətbiq edilməsi, müasir texnologiyalar, avadanlıq və cihazların tətbiqi və
sınanması, məişət tullantılarının yerləşdirilməsi ilə bağlı tədbirlərdə iştirak
edilməsi;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin
hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin
yerinə yetirilməsinin təmin edilməsində iştirak edilməsi və bu sahədə görülən
işlərin əlaqələndirilməsi;
- fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsi və onların pozulmasının qarşısının
alınmasının təmin edilməsi;
- sektorun fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət
orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və
sorğulara, ərizə və şikayətlərə qanunvericiliyə uyğun olaraq baxılmasının təmin
edilməsi;
- müvafiq sahənin inkişafı ilə əlaqədar respublikada keçirilən yerli və
beynəlxalq tədbirlərin təşkilində iştirak edilməsi, ölkə ərazisində fəaliyyət
göstərən təşkilatlarla əlaqələrin yaradılması;
- müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün təşkil
olunan seminarlarda, o cümlədən yerli və beynəlxalq səviyyədə keçirilən təlim
kurslarında və digər tədbirlərdə iştirak edilməsi;
- müvafiq sahədə yaradılmış İşçi qrupların fəaliyyətində iştirak edilməsi
və əlaqələndirmə işlərinin aparılması;
- müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlərlə, o
cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı
əmakdaşlıqda iştirak edilməsi və əlaqələndirmə işlərinin aparılması;
- şöbənin iş planlarının, hesabatlarının hazırlanmasında və həyata
keçirilməsində iştirak edilməsi;
- Nazirliyin normativ hüquqi aktlarına, əmr və sərəncamlarına uyğun olaraq
digər vəzifələrin yerinə yetirilməsi;
- vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqların
yerinə yetirilməsi;
- nazirliyin
hüquqi aktları ilə müəyyən edilmiş öz səlahiyyətlərinə uyğun digər vəzifələrin
həyata keçirilməsi;
- sektorun
fəaliyyət istiqamətləri üzrə
vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil
olan müraciətlərə və sorğulara, ərizə və şikayətlərə qanunvericiliyə uyğun olaraq
baxılmasında iştirak.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, ekologiya, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexanika mühəndisliyi, ekologiya mühəndisliyi, mexanika ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
24.08.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
12.09.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 avqust 2022-ci il tarixindən 12 sentyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.