Azərbaycan Respublikası Audiovizual Şurası
Azərbaycan Respublikası Audiovizual Şurasının aparatı, Maliyyə və təminat şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Azərbaycan Respublikası Audiovizual Şurası üzrə: Bakı ş., A.M.Şərifzadə küçəsi 315
Dövlət orqanı Azərbaycan Respublikası Audiovizual Şurası
Struktur bölmə Azərbaycan Respublikası Audiovizual Şurasının aparatı, Maliyyə və təminat şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1435
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik edilməsi;
  • Şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılması, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin imzalanması, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icrasına nəzarət edilməsi;
  • Şuranın əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasının təşkil edilməsi və bununla bağlı şöbənin işçiləri arasında əmək bölgüsün aparılması, işlərin icrasına nəzarət edilməsi;
  • İctimai sektorda mühasibat uçotunun standartlarına uyğun  Şuranın bütün maliyyə-təsərrüfat fəaliyyətinin ilkin uçot reyestrlərinin qeydiyyatı və aparılması, mühasibat hesabatlarının verilməsi və inventarizasiyanın aparılması işlərini yerinə yetirmək;
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətlərdə Şuranın balansında olan əsas vəsaitlərin, ehtiyatların, öhdəliklərin.  kapitalın və  hesablaşmaların inventarizasiyasının aparılmasının təşkil edilməsi;
  • Şuranın balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan əsas vəsaitlərin qanunvericiliyə uyğun olaraq balansdan silinməsi işlərinin yerinə yetirilməsi;
  • Şuranın fəaliyyəti ilə bağlı növbəti illər üzrə büdcə proqnozlarının və  xərc maddələri üzrə xərclər  smetasının hazırlanması;
  • Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunması;
  • Şuranın balansında olan əsas vəsaitlərin və ehtiyatların  hərəkətinə nəzarət edilməsi;
  • Şuranın fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və təqdim olunması;
  • Şuranın aparatı üçün lazım olan maddi texniki tələbatın təmin edilməsi və təsərrüfat işlərinin həyata keçirilməsinin təmin edilməsi;
  • Şuranın fəaliyyəti üçün zəruri şəraitin yaradılması, inventar, avadanlıq,  dəftərxana ləvazimatları, təsərrüfat malları, rabitə, nəqliyyat, kommunal və digər sahələrdə təminat istiqamətində tədbirlərin görülməsi;
  • Şuranın təchizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələrin bağlanılması üçün zəruri işlərin görülməsi, yerinə yetirilmiş iş və xidmətlərin qəbul edilməsi, malların alınması;
  • Şuranın fəaliyyəti üçün zəruri şəraitin yaradılması , tikinti və təmir işlərinin aparılması ilə bağlı layihə və smeta sənədlərinin hazırlanmasının təşkili və nəzarət edilməsi;
  • Əsaslı və cari təmir işlərinə dair layihə-smeta sənədlərinin hazırlanmasının təşkili və nəzarət edilməsi;
  • Şura tərəfindən satınalma planının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə hazırlanaraq təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az saytında) yerləşdirilməsinə nəzarət edilməsi;
  • Şura tərəfindən keçirilən satınalma müsabiqələrinin (elektron satınalma vasitəsilə keçirilən- açıq tender,  təkliflər sorğusu, kotirovka sorğusu) şərtlər toplusunun hazırlanmasına rəhbərlik edilməsi;
  • Şura tərəfindən keçirilən müsabiqələr barədə elan və bildirişlərin dərc edilməsinə, habelə müsabiqə nəticəsində bağlanılmış satınalma müqavilələri barədə məlumatların dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinə, malgöndərənlərə (podratçılara) müsabiqələrdə iştirak üçün fərdi dəvətlər göndərilməsinə nəzarət edilməsi;
  • Tenderin nəticələri haqqında yekun protokolun, satınalma prosedurları haqqında hesabatların tərtib edilməsinə, satınalmanın sənədlər toplusunun müvafiq qaydada hazırlanaraq saxlanılmasına rəhbərlik və nəzarət edilməsi;
  • Şöbədə əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
Müsahibə elanının tarixi 24.08.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 12.09.2022 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 24 avqust 2022-ci il tarixindən 12 sentyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.