| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Mədəniyyət Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi, III mərtəbə
|
| Dövlət orqanı |
Mədəniyyət Nazirliyi |
| Struktur bölmə |
Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
- Beynəlxalq təcrübə nəzərə alınmaqla dövlət mədəniyyət
siyasətinin hüquqi, inzibati, maliyyə, elmi-metodiki və informasiya, kadr,
infrastruktur və beynəlxalq təminat mexanizmlərinin kompleks şəkildə təkmilləşdirilməsi
məqsədi ilə təhlillərin aparılması və müvafiq təkliflərin irəli sürülməsində
iştirak edir;
- Ölkənin sosial-iqtisadi inkişafının əsas
istiqamətləri və prioritetləri əsasında ümumilikdə mədəniyyət sahəsi, o
cümlədən daşınmaz, daşınar və qeyri-maddi mədəni irs, peşəkar incəsənət, kinematoqrafiya,
kitab dövriyyəsi və yaradıcı sənayelər kimi mədəniyyətin alt-sahələri üzrə dövlət
proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların, yol
xəritələrinin, inkişaf layihələrinin və digər strateji sənədlərin (bundan sonra – dövlət proqramları) layihələrinin
hazırlanmasının əlaqələndirilməsini həyata keçirir;
- Mədəniyyət sahəsi üzrə dövlət proqramlarının
layihələri hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə
məsləhətləşmələrin aparılmasının, habelə dövlət proqramlarının layihələrinin
ictimai dinləmə və müzakirələrin təşkil olunmasında iştirak edir;
- Mədəniyyət sahəsində qüvvədə olan dövlət
proqramları üzrə məlumatların sistemli toplanması yolu ilə həmin dövlət proqramlarında
qarşıya qoyulmuş məqsədlər üzrə görülmüş işlərin və əldə olunmuş nəticələrin
müəyyən edilmiş müddətlərdə monitorinqinin təşkil edilməsində iştirak edir;
- Mədəniyyət sahəsi üzrə dövlət proqramlarının
icrasının və nəticələrinin sistemli və obyektiv ölçülməsi və bu dövlət proqramlarında
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması
səviyyəsinin, səmərəliliyinin, effektivliyinin, yekun nəticələrinin,
uyğunluğunun və davamlılığının qiymətləndirməsinin təşkil edir;
- Mədəniyyət sahəsində dövlət proqramlarının icra
vəziyyəti, nəticələrinin monitorinqi və qiymətləndirilməsi üzrə hesabatların
hazırlanmasını, habelə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə
açıqlanmasını təşkil edir;
- Azərbaycan Respubliksasının tərəfdaş çıxdığı mədəniyyət
sahəsinə aid beynəlxalq konvensiyalar üzrə öhdəliklərin yerinə yetirilməsində və müvafiq hesabatların hazırlanması monitorinqində iştirak edir;
- Mədəniyyət strategiyası və mədəniyyət siyasəti
üzrə beynəlxalq proqram və layihələrdə, mədəniyyətin aktual problemləri üzrə
beynəlxalq konfrans, seminar, dəyirmi masa və bu kimi digər tədbirlərdə
iştirak edir;
- Şöbədə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin edir;
- Nazirliyin rəhbərliyinin tapşırığına əsasən digər müfaviq tapşırıqları icra edir və s.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: mədəniyyət və incəsənət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə - orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
|
| Müsahibə elanının tarixi |
29.09.2022 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
18.10.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il 18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.