| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Mədəniyyət Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi, III mərtəbə
|
| Dövlət orqanı |
Mədəniyyət Nazirliyi |
| Struktur bölmə |
İqtisadiyyat və maliyyə şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
- Nazirliyin
«Mərkəzi aparat»,
«Mədəniyyət», «Təhsil» bölmələri,
o cümlədən Regional Mədəniyyət İdarələrinin paraqraf və bölmələri üzrə, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri,
beynəlxalq tədbirlər, qeyri-hökumət
təşkilatları üzrə bütün
sahələrin göstəriciləri
nəzərə alınmaqla
büdcə layihələrini,
maliyyə proqramlarını
hazırlayır və müvafiq orqanlara
göndərilməsini təmin
edir;
- Hər ay nazirliyin
«Mərkəzi aparat»,
«Mədəniyyət», «Təhsil» bölmələri,
o cümlədən Regional Mədəniyyət İdarələrinin paraqraf və bölmələri üzrə, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, qeyri-hökumət təşkilatları üzrə vəsaitin açılması üçün
hesablamalar aparır, xəzinə orqanlarına müvafiq sənədləri hazırlayır;
- Hər il büdcədənkənar vəsaitlərin gəlir və
xərclər bölməsi üzrə gələn il sonrakı üç ilin büdcə layihəsini hazırlayır;
- Teatr-tamaşa müəssisələri üzrə əsas proqnoz
göstəricilərinin tərtib edilməsi, hər rüb artan yekunla əsas proqnoz
göstəricilərinin yerinə yetirilməsi, teatrlarda aktyorların çıxış normalarının
yerinə yetirilməsi, hər ay teatr-tamaşa müəssisələrinə büdcədən ayrılmış
vəsaitin açılması üçün müvafiq işləri görür;
- Beynəlxalq, ölkə əhəmiyyətli və digər tədbirlər
üzrə xərclər smetalarını hazırlayır;
- Nazirliyin tabeliyində olan müəssisələr üzrə
ştat cədvəlini hazırlayır;
- Əmək haqqına dair statistik hesabatları və normativ sənədləri işləyib hazırlayır;
- Nazirliyin inkişafı üzrə Dövlət proqramlarının
icrası ilə bağlı müvafiq hesabatları hazırlayır;
- Mədəniyyət inkişaf proqnozlarının hazırlanmasını təmin edir;
- Rəhbərliyin
göstərişi ilə mədəniyyət sahəsinin maliyyələşdirilməsi və istifadəsinə dair
hesabatları, iş planlarını
qəbul edərək
təsdiqə hazırlayır;
- Dövlət və icmal büdcələrin
gəlir və xərclərinin əsaslandırılmasında iştirak edir, habelə
bununla bağlı
digər tədbirləri
həyata keçirir;
- İqtisadi inkişaf
proqramına dair
layihələrin hazırlanmasında, dövlət və icmal büdcələrin gəlir və
xərclərinin əsaslandırılmasında
iştirak edir;
- Nazirliyin rəhbərliyinin
razılığı ilə mədəniyyət sahəsinin maliyyələşdirilməsi ilə əlaqədar müxtəlif
toplantılarda nazirliyi təmsil edir;
- Dövlət idarəetməsi, maliyyə, o cümlədən büdcə, sığorta və sosial sahələrinin inkişafı üzrə təkliflərin, bu istiqamətdə tədbirlərin hazırlanmasında və
həyata keçirilməsində iştirak edir;
- mühasibat
haqqında təlimatın tələblərinə uyğun olaraq nazirliyin idarə aparatı üzrə
mühasibat uçotunu aparır;
- daxil
olmuş pul vəsaitinin, əmtəə-maddi və əsas vəsaitlərin tam uçotunun, eyni
zamanda, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat sənədlərində
vaxtında qeydə alınmasını aparır;
- əmək
haqqının hesablanması, dövlət büdcəsinə ödəmələri, dövlət sosial sığortaların,
üzvlük haqqının köçürülməsinin təmin
edilməsi, bütün balans hesabatları üzrə analitik hesabat aparır;
- nazirliyin
tabeliyində olan müəssisələrin rüblük və illik hesabatlarını hazırlayır;
- xərclər
smetalarının icra balanslarının müəyyənləşdirilmiş müddətlərdə müvafiq
orqanlara təqdim edir;
- mühasibatlıq
sənədlərinin qorunub saxlanmasının təmin edilməsi, onların müəyyən olunmuş
qaydada mühafizə üçün arxivə verir və şöbəyə rəhbərliyi təmin edir;
- şöbədə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətini qiymətləndirir və s.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə - yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibə elanının tarixi |
25.11.2022 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
09.12.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 25 noyabr 2022-ci il 9 dekabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.