| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev 100A
|
| Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| Struktur bölmə |
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Rəhbərlik |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidməti rəhbərinin müavini - rəis müavini (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
3 |
| Aylıq vəzifə maaşı |
1480 |
| Qulluq funksiyaları |
- Xidmətin
illik iş planlarının tərtib olunmasının təşkil edir;
- Xidmətin
fəaliyyətində kurasiyasına aid sahələr üzrə göstərişlər verir, habelə onların
icrasının təmin edilməsinə nəzarəti həyata keçirir;
- Xidmətin kurasiyasına aid əməkdaşları arasında iş
bölgüsünü həyata keçirir;
- Əməkdaşların etik davranış qaydalarına riayət etmələrinə nəzarəti həyata keçirir;
- Ölkə ərazisində ekoloji tarazlığın qorunmasına,
ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, bu
sahədə mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti təşkil edir;
- Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan
istifadəyə dair qanunvericilik sahəsində aşkar olunmuş qanun pozuntuları ilə
bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirləri həyata
keçirir;
- Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin
pozulmasına dair tətbiq edilmiş cərimə, ziyan və ödəmələrin “Ətraf mühitin
mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməsinə nəzarəti həyata keçirir;
- Ətraf mühitin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarəti təşkil edir;
- Təbii ekoloji sistemlərə təsərrüfat və digər
fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısının alınması
istiqamətində zəruri tədbirlərin görülməsini və müvafiq təkliflərin Xidmət
rəisinə və Nazirliyə verilməsini təşkil edir;
- Ətraf mühitə zərərli maddələrin atılması
(axıdılması) hədlərinin gözlənilməsinə
və tullantıların idarə olunmasına nəzarətin həyata keçirilməsini təşkil edir;
- Yenidən qurulacaq və tikiləcək müxtəlif təyinatlı
obyektlərin tikinti-texniki layihələrinə verilmiş dövlət ekoloji ekspertizası
rəyinin tələblərinin icrasına nəzarəti təşkil edir;
- Ətraf mühit və təbii sərvətlərin, o cümlədən
torpağın, yer təkinin, faydalı qazıntıların, biomüxtəlifliyin, bitki örtüyünün,
floranın, faunanın, su ehtiyatlarının, atmosfer havasının, xüsusi mühafizə
olunan təbiət ərazilərinin və təbiət abidələrinin bərpası, mühafizəsi və
istifadəsi və tullantıların idarə olunması sahəsində qanunvericiliyə riayət
olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təşkil edir;
- Tabeli qurumlarla fəaliyyətin əlaqələndirilməsi,
idarə, müəssisə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan məlumatların qəbul
edilməsi və təhlil olunaraq, operativ qaydada tədbirlər görülməsi məqsədilə
aidiyyəti üzrə çatdırılmasını təmin edir;
- Xidmətə daxil olan şikayət ərizələrinin,
“Qaynar xətt” və elektron məlumatlarının araşdırılması, araşdırma
materiallarının təhlil olunaraq qiymətləndirilməsini təmin edir;
- Ətraf mühitin mühafizəsinə nəzarət sahəsində
ekoloji maarifləndirmə işinin təşkil edir;
- Xidmətin ətraf mühit və təbii sərvətlərdən
istifadəyə nəzarət işində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
digər dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət
göstərməsi və onların fəaliyyətinin əlaqələndirilməsini təşkil edir;
- Xidmət ilə tabeli qurumların fəaliyyətinin əlaqələndirilməsi, idarə, müəssisə və təşkilatlardan, ayrı-ayrı
vətəndaşlardan Nazirliyə ünvanlanmış məlumatların qəbul edilməsi və daxil olan
məlumatların operativ qaydada tədbirlər görülməsi məqsədilə aidiyyəti üzrə
çatdırılmasını təmin edir və icrasına nəzarəti həyata keçirir;
- Hüquqi və fizik şəxslər tərəfindən ətraf mühitin
mühafizəsi sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərarların qəbul edilməsi və
ətraf mühitin mühafizəsi qanunvericiliyinin icrası ilə bağlı göstərişlər verir;
- Təbii sərvətlərdən istifadə, təbiəti mühafizə,
ekoloji təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişaf proqramlarına daxil edilən layihələrin hazırlanmasında
iştirak edir;
- Ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən seminar, müşavirə, iclas və digər tədbirlərdə iştirak edir;
- Hazırlanmış layihələrə dair rəy və təkliflərini
Xidmət rəisinə təqdim edir;
- Fəaliyyət
istiqamətləri üzrə kadr hazırlığı və əməkdaşların əlavə təhsili üçün Xidmət
rəisinə təkliflər verir;
- İdarə, təşkilat və
vətəndaşlar tərəfindən daxil olan müraciətlərin qanunuyğun baxılmasını təşkil edir;
- Meşə fondunun vəziyyətinə , istifadəsinə,
mühafizəsinə, qorunmasına, meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsini təşkil edir;
- Xüsusi
mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə dövlət
nəzarətinin həyata keçirilməsini təşkil edir;
- Balıq və digər su bioresurslarından istifadəyə və
onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təşkil edir;
- Xidmətin
Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələrin yerinə
yetirilməsinə nəzarət edir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibə elanının tarixi |
25.11.2022 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
09.12.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 25 noyabr 2022-ci il 9 dekabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.