Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Texniki təminat şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 100 A
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə Texniki təminat şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1290
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü aparır, onların fəaliyyətinin əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin imzalanmasına, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icrasına nəzarət edir;
  • Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
  • Şöbənin vəzifələrinin yerinə yetirməsi üçün səlahiyyətləri daxilində Nazirliyin digər qurumlarından zəruri məlumat və sənədləri alır;
  • Elektron imza və elektron sənədin istifadəsini, onların elektron sənəd dövriyyəsində tətbiqini və şöbədə məxfilik rejimini təmin edir;
  • İşçilərin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edir;
  • Nazirliyin Aparatı üçün lazım olan maddi texniki tələbatın təmin edilməsi və təsərrüfat işlərinin həyata keçirilməsini təmin edir;
  • Nazirliyin tabeliyində olan qurumlar tərəfindən mal və materialların (işlərin və xidmətin) əsas vəsaitlərin, inventarların və avadanlıqların satın alınmasına nəzarət edir;
  • Nazirliyin fəaliyyəti üçün zəruri şəraitin yaradılması, inventar, dəftərxana ləvazimatları, rabitə, nəqliyyat, kommunal və digər sahələrin təminatı istiqamətində tədbirlər görür;
  • Nazirliyin təchizat işləri üzrə müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələr bağlanılması, yerinə yetirilmiş iş və xidmətlərin qəbul edilməsini həyata keçirir;
  • Nazirliyin struktur bölmələrinin inzibati binalardan texniki normativlərə və fəaliyyət istiqamətlərinə uyğun istifadə olunmasını tələb edir;
  • Əsaslı tikinti və təmir işlərinin aparılması ilə bağlı layihə və smeta sənədlərinin hazırlanmasını təşkil edir və icrasına nəzarət edir;
  • Nazirliyin tabeliyində olan mərkəzi və yerli qurumlarında təmir tikinti işinin təşkili zamanı yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlər görür;
  • Yeni tikiləcək obyektlərin layihəsinin hazırlanmasını təmin edir; 
  • Nazirliyin aparatı və tabeli qurumları tərəfindən satınalma planlarının (ilkin və dəqiqləşdirilmiş) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hazırlanaraq təsdiq edilməsinə və dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az saytında) yerləşdirilməsinə nəzarət edir;
  • Nazirliyin aparatı və tabeli qurumları tərəfindən satınalma müsabiqələrinin (elektron satınalma vasitəsilə keçirilən açıq tender, açıq tender, təkliflər sorğusu, kotirovkalar sorğusu) şərtlər toplusunun hazırlanmasına rəhbərlik edir;
  • Nazirliyin aparatı və tabeli qurumları tərəfindən keçirilən müsabiqələr barədə elan və bildirişlərin dərc edilməsinə, habelə müsabiqə nəticəsində bağlanılmış satınalma müqavilələri barədə məlumatların dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinə, malgöndərənlərə (podratçılara) müsabiqələrdə iştirak üçün fərdi dəvətlər göndərilməsinə nəzarət edir;
  • Tenderin nəticələri haqqında yekun protokolun, satınalma prosedurları haqqında hesabatların tərtib edilməsinə, satınalmanın sənədlər toplusunun müvafiq qaydada hazırlanaraq saxlanılmasına rəhbərlik və nəzarət edir;
  • Nazirlik sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə bağlı maddi-texniki imkanları təkmilləşdirmək üçün tədbirlər görür.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
Müsahibə elanının tarixi 25.11.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 09.12.2022 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 25 noyabr 2022-ci il   9 dekabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.