| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 100A
|
| Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| Struktur bölmə |
Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1270 |
| Qulluq funksiyaları |
- Şöbənin
fəaliyyətinə nəzarəti həyata keçirir;
- Şöbə
işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra
intizamına riayət olunmasına nəzarət edir;
- Ətraf
mühit sahəsində qabaqcıl ölkələrdə yürüdülən ekoloji siyasət, menecment, ətraf
mühitin mühafizəsi sahələrində son nailiyyətlərin öyrənilməsi və bu
istiqamətlərdə münasib olanlarını iş fəaliyyətində tətbiq edir;
- Şöbəyə
daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə
tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını
nəzarət edir;
- Şöbədə
işçilərin, mükafatlandırılması, intizam tənbeh tədbirlərinin tətbiq olunması,
habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı şöbənin müdirinə təkliflər verir;
- Nazirlikdə
keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə, yığıncaqlarda və
elmi-texniki şuranın iclaslarında iştirak edir;
- Ətraf
mühitin və təbii sərvətlərin təmzimlənməsi istiqamətində proqram və layihələrin hazırlanmasında
iştirak edir;
- Geodeziya
və kartoqrafiya, geologiya, ekoloji məsələlərin ekspertizası, nərə balıq
növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması sahələri
üzrə proqram və layihələrin hazırlanmasında və bu sahələrdə fəaliyyətin tənzimlənməsinə
dair təşkilati tədbirlərdəiştirak edir;
- Meşəsalma
məqsədilə həyata keçirilən tədbirlərə, habelə meşə fondunun məhsuldar olmayan
torpaq sahələrini minimuma endirmək üçün tədbirlərə dair Nazirliyin aidiyyəti
qurumundan daxil olan hesabatlar əsasında təkliflər hazırlayır;
- Dövlət büdcəsinin vəsaiti
hesabına maliyyələşən xəritəçəkmə, geoloji-kəşfiyyat, nərə balıq növünün süni artırılması, təbii
populyasiyasının bərpası və qorunması, laboratoriya fəaliyyətinin təmin edilməsi işlərində Dövlət Sifarişi layihələrinin hazırlanması
ilə əlaqədar təkliflər verir;
- Aidiyyəti
qurumlar tərəfindən yaşıllıqların uçot və hesabatların aparılması tədbirlərinə,
müvafiq məlumatların toplanmasına nəzarətin həyata keçirir;
- Geoloji-kəşfiyyat və geodeziya-kartoqrafiya işlərinin mövcud standartlara, təlimatlara və qaydalara uyğun surətdə, səmərəli və keyfiyyətlə yerinə yetirilməsinin təşkili və icrasına nəzarət edir;
- Aidiyyəti
qurumlar tərəfindən təbii sferaların (torpaq,
su, hava, tullantı, yerin təki, flora və fauna ) mühafizəsi və səmərli
istifadəsi sahəsində gördüyü işlərin təhlili və nəzarəti həyata keçirir;
- Hidrometeoroloji
fəaliyyətlə bağlı fəaliyyətə dair hesabatlar üzrə təhlillər aparır;
- “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının icrası ilə
bağlı ETSN tərəfindən müvafiq məlumatların Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməsini nəzarət edir;
- Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında, o cümlədən digər azad olunmuş ərazilərdə delimitasiya və
demarkasiya ilə bağlı hazırlıq işlərinin aparılması məqsədilə hüquqi,
kartoqrafik, torpaqdan istifadə, təsərrüfat-iqtisadi və digər materialların öyrənilməsi
işlərində aidiyyəti üzrə iştirak edir;
- İşğaldan azad edilmiş ərazilərdə meşə örtüyü,
bioloji müxtəlifliyin bərpası və qorunması, su ehtiyatlarının idarə edilməsi,
hidrometeoroloji şəbəkənin bərpası, ətraf mühit, mineral xammal resursları və
torpaqların çirklənməsi üzrə monitorinqlərin keçirilməsini və mövcud vəziyyətin
qiymətləndirilməsini təşkil edir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: kənd təsərrüfatı ixtisasları qrupu, təbiət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, kimya müəllimliyi, coğrafiya müəllimliyi, ekologiya mühəndisliyi, biologiya müəllimliyi, tarix və coğrafiya müəllimliyi, geodeziya və xəritəçilik mühəndisliyi , kimya və biologiya müəllimliyi , geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi, dağ-mədən mühəndisliyi, neft-qaz mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibə elanının tarixi |
25.11.2022 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
09.12.2022 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 25 noyabr 2022-ci il tarixindən 9 dekabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.