Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, İdxal və ixraca nəzarət şöbəsi, İdxal və ixrac əməliyyatları sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
aparıcı məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
840 |
Qulluq funksiyaları |
- qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin
idxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslərin
fəaliyyəti üzrə məlumatların toplanması, idxal–ixrac fəaliyyəti ilə məşğul olan
və ya onları təmsil edən şəxslər və daşıyıcılar barədə aidiyyəti struktur
bölmələri ilə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsində iştirak
etmək;
- Agentliyin nəzarət dairəsinə aid edilən malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə
Vahid Siyahısının hazırlanması və mütəmadi olaraq yenilənməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
- gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar,
məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətini regional bölmələr
vasitəsilə həyata keçirmək, həmçinin regional bölmələr tərəfindən bu fəaliyyətin həyata keçirilməsinə
nəzarət etmək;
-
qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar
nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair
idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı
qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;
- qanunla nəzərdə tutulmuş hallarda idxal karantin icazəsinin verilməsi ilə bağlı işləri həyata keçirmək;
- bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin və baytarlıq xidmətində tətbiq edilən
dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə bağlı rəy layihələrini hazırlamaq;
- “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq qida və yem
məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, baytarlıq və fitosanitar nəzarətində olan yüklərə
müvafiq olaraq
idxal sağlamlıq aktı, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatları və onların dublikatlarının
verilməsini, həmin sənədlərin yenidən rəsmiləşdirilməsini, qüvvəsinin
dayandırılmasını, bərpa və ləğv edilməsində iştirak etmək;
- Agentlik
tərəfindən təsdiq olunmuş
xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinə dair Reyestrdən
çıxarışları,
həmçinin
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq,
fitosanitar və sağlamlıq ,sertifikatlarının (şəhadətnamələrin), habelə
sənədlərin nümunələrini Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsinə ötürmək və bununla əlaqədar məlumatları mütəmadi olaraq yeniləmək;
- aidiyyəti struktur bölmənin məlumatları əsasında ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı
xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan
operativ surətdə Azərbaycan Respublikasının Gömrük Komitəsinə ötürmək;
- Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin
həyata keçirilməsində iştirak etmək;
- fəaliyyət istiqamətləri üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən daxil olmuş
müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq;
- sektor müdirinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün formada icra etmək, habelə şöbə
müdirinə təqdim edilməli hesabatları düzgün tərtib etmək, aidiyyəti üzrə vaxtında təqdim etmək;
- Sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
- dövlət proqramlarında, strateji yol xəritələrində, strateji planlarda və fəaliyyət planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Agentliyin regional bölmələrində eyni adlı sektorların işinin təşkilini və fəaliyyətlərinin
əlaqələndirilməsini aidiyyəti üzrə həyata keçirmək və onlardan müvafiq hesabatları tələb etmək;
- qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
- Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar
hazırlamaq;
- Sektor müdiri tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
- Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin
hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata
keçirmək;
- Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş
qaydada cavablandırmaq;
- Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata
keçirmək;
- Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik
rejiminə riayət etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, əczaçılıq, ekologiya, zootexniklik, tibbi biologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, şərabçılıq, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , dövlət və ictimai münasibətlər, politologiya, kimya, biologiya, kimya mühəndisliyi, tibbi profilaktika ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1; İngilis dili-A1;
|
Müsahibə elanının tarixi |
27.03.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
10.04.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 27 mart 2023-cü il tarixindən 10 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.