Hesablama Palatası
Hesablama Palatasının Aparatı, dövlət orqanı aparatının rəhbəri


Əlaqə məlumatları
Dövlət orqanı Hesablama Palatası
Struktur bölmə Hesablama Palatasının Aparatı
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatının rəhbəri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 1
Aylıq vəzifə maaşı 2815
Qulluq funksiyaları
  • Aparatın fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, habelə Hesablama Palatasının struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirmək, onlara müvafiq tapşırıqlar vermək, bu tapşırıqların icrasına nəzarət etmək və onlardan zəruri məlumatları almaq;
  • Hesablama Palatasının struktur bölmələrinin işini təkmilləşdirmək və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədi ilə rəhbərliyə təkliflər vermək; 
  • Hesablama Palatasının Strateji Planının icrasını təşkil etmək və Əməliyyat Planlarının icrasına nəzarət etmək;
  • Hesablama Palatasında ictimai tədbirlərin təşkili işinə nəzarət etmək; 
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun ola­raq Hesablama Palatasında vətəndaşların qəbul edilməsi işini təşkil etmək; 
  • Sədr və Sədr müavinin keçirdikləri müşavirələrdə, iclas­larda, görüşlərdə, qəbullarda protokol xidmətinin təşkili işinə nəzarət etmək; 
  • Hesablama Palatasına daxil olan sənədlərin icra vəziyyəti barədə Hesablama Palatasının rəhbərliyinin mütəmadi olaraq məlumatlandırılması işini təşkil etmək; 
  • Hesablama Palatasının işçiləri tərəfindən əmək və icra intizamına riayət olunmasına nəzarət etmək; 
  • Azərbaycan Respublikası Konstitusiyasına, “Dövlət qul­luğu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qa­nunvericilik aktlarına uyğun olaraq Aparatda çalışan dövlət qul­luqçularının öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün müvafiq şəraitin yaradılmasını təşkil etmək;
  • zərurət yarandıqda Aparatın strukturu və ştat cədvəli barədə təklifləri Hesablama Palatasının Sədrinə təqdim etmək; 
  • Aparatın struktur bölmələrinin əsasnamələrinə uyğun olaraq işin təşkili ilə əlaqədar struktur bölmə rəhbərlərinə göstərişlər vermək; 
  • Sədr tərəfindən planlaşdırılmış tədbirlərin təşkili və keçirilməsi işlərinə nəzarət etmək; 
  • Hesablama Palatasının rəhbərliyini analitik və məlumat xarakterli sənədlərlə təmin etmək; 
  • hüquqi aktların Hesablama Palatasının struktur bölmələri tərəfindən yerinə yetirilməsinə ümumi nəzarəti həyata keçirmək; 
  • Hesablama Palatasının struktur bölmələrində kargüzar­lıq, arxiv, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və protokol işlərinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək; 
  • Hesablama Palatasının struktur bölmələrinin fəaliyyəti barədə rəhbərliyə vaxtaşırı məlumat vermək; 
  • müəyyən edilmiş səlahiyyət daxilində maddi məsul şəxslərlə maddi məsuliyyət haqqında müqavilələr bağlamaq; 
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun ola­raq dövlət satınalmaları ilə bağlı satınalmaların həyata keçi­rilməsini təşkil etmək və satınalma müqavilələrini imzalamaq; 
  • seminar, konfrans və s. tədbirlərin təşkili işinə nəzarət etmək;
  • xəzinə sənədlərini imzalamaq; 
  • Hesablama Palatasının balansında olan əmlakın istifa­dəsinə, saxlanmasına və mühafizəsinə nəzarət etmək; 
  • Kollegiya iclaslarının təşkil edilməsinə ümumi rəh­bərliyi həyata keçirmək və iclaslarda iştirak etmək; 
  • Hesablama Palatasının inzibati və yardımçı vəzifə tu­tan dövlət qulluqçularının mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunmaları barədə Hesablama Palatasının Sədrinə təkliflər vermək;
  • Hesablama Palatasının bütün struktur bölmələrindən rəhbərliyin tapşırıqlarının icrası barədə məlumatları, görülmüş işlər barədə hesabatları, iş prosesində zəruri olan digər sənədləri və materialları tələb etmək; 
  • Hesablama Palatasının fəaliyyət sahəsi ilə bağlı qəbul edilmiş qanunvericilik aktlarının və rəhbərliyin tapşırıqlarının ic­rasını təmin edilməsi məqsədi ilə aidiyyəti struktur bölmələrə göstərişlər vermək, müvafiq komissiya və işçi qruplar təşkil etmək; 
  • iş prosesində yaranmış mübahisəli məsələlərin araşdırıl­ması məqsədi ilə Hesablama Palatasının struktur bölmə rəh­bərlərini və işçilərini dəvət etmək, vəzifəli şəxslər tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması üçün göstərişlər vermək;  
  • səlahiyyətlərinə aid məsələlər üzrə Hesablama Palatasına ünvanlanmış sənədlərin icrasına nəzarət etmək; 
  • qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində Hesablama Palatasının çıxış sənədlərini imzalamaq;
  • Aparatı təmsil etmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş və Hesablama Palatasının rəhbərliyi tərəfindən verilmiş digər səlahiyyətləri həyata keçirmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 8 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 11 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 06.04.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 20.04.2023 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 aprel 2023-cü il   20 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.