Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Daxili nəzarət və audit şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 100 A
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə Daxili nəzarət və audit şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Normativ–hüquqi aktların və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının (bundan sonra- Aparat) və onun strukturuna daxil olan qurumlarda daxili sənədlərin (bundan sonra daxili sənədlərin) təhlilin aparılmasını təşkil edir;
  • Daxili nəzarət və audit şöbəsində müntəzəm və səmərəli fəaliyyətin təmin edilməsi, məqsədlərə nail olmaq üçün risklərin idarə edilməsi, istənilən dəyişikliyə qısa müddət ərzində münasibət bildirməsi məqsədilə yaradılan daxili nəzarət sisteminin səmərəliliyini və adekvatlığını müəyyən edir;
  • Maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirmək;
  • Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, audit yoxlaması aparılmış qurumun rəhbərinə risklərin idarə edilməsi, nəzarət sistemlərinin və korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə yönəldilmiş tövsiyələr verir;
  • Şöbənin audit fəaliyyəti ilə bağlı hesabatların vaxtında və keyfiyyətlə tərtib ediməsinə nəzarət edir;
  • Yaşıllıqların mühafizəsinə, artırılmasına və bu sahənin inkişafına yönəlmiş tədbirlərin yoxlanılmasına nəzarəti təmin edir; 
  • Ətraf mühitin mühafizsəi qanunvericiliyinin pozulması zamanı tərtib edilmiş sənədlərin yoxlanılmasını, cərimə və ziyanların qanunvericiliyə uyğun qaydada hesablanmasına, ziyan və cərimələrin ödənilməsinə nəzarəti təmin edir;
  • Ətraf mühitə atılan, axıdılan tullantıların hesabatının aparılmasına nəzarəti həyata keçirən qurumların fəliyyətinə nəzarəti təmin edir;
  • Nazirliyin qurumları tərəfindən , ətraf mühitdən istifadə, eyni zamanda atmosfer havasına və ətraf mühitə atılan maddələrə görə xüsusi icazə və digər icazələrin verilməsi prosesinə nəzarəti təmin edir;
  • Ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına dair monitorinq və audit nəzarətini təşkil edir;
  • Şöbəyə daxil olan məktub və müraciətlərin araşdırılmasını təmin edir;
  • Audit zamanı təsərrüfat subyektinin normal fəaliyyətinə mane olmamaq və fəaliyyəti ilə əlaqədar kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməməklə müstəqillik və məxfilik prinsiplərinə əməl edir;
  • Nazirliyin struktur bölmələrinə sahəsinə aid olan məsələlərin həllində metodiki yardım göstərir, zəruri hallarda sahəsi üzrə Nazirliyin aparatının digər şöbələri ilə birlikdə fəaliyyət göstərir;
  • Şöbədə işlərin düzgün aparılmasını təşkil edir və yerinə yetirilməsinə nəzarət edir;
  • Şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, mükafatlandırılması, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı rəhbərliyinə təkliflər verir;
  • Tabeliyində olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • Şöbədə işin səmərəli təşkil edilməsinə və əmək intizamının vəziyyətinə nəzarət edir, sağlam işgüzar mühitin yaranmasına, şöbə işçilərinin ixtisasının, professional səviyyəsinin və biliyinin arıtırlmasına dəstək verir;
  • Sahəsi üzrə sənədlərin, hesabatların, arayışların vaxtında və keyfiyyətlə tərtib və təqdim edilməsini təmin edir;
  • Nazirliyin rəhbərliyinin əmr, qərar, sərəncam və göstərişlərini, onun qarşısında qoyduğu məsələləri vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Rəhbərlik tərəfindən verilən digər qanunamüvafiq tapşırıqları yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq, ekologiya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi, meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, geodeziya və xəritəçilik mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, meşəçilik, su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 06.04.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 20.04.2023 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 aprel 2023-cü il   20 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.