Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Qeydiyyat və reyestrlərin aparılması şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1435 |
Qulluq funksiyaları |
- Agentliyin fəaliyyətini tənzimləyən və ya fəaliyyəti ilə əlaqədar olan
normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər qeyri-normativ
hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət
orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və
təkliflər vermək;
- qida təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin hazırlanmasında
iştirak etmək;
- qida obyektlərinin (subyektlərinin), “Qida təhlükəsizliyi haqqında”
Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində müəyyən edilmiş
məhsulların, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin,
eyni zamanda baytarlıq preparatları və yem əlavələrinin qeydiyyatı üzrə
prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf
konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl
təcrübəsini öyrənmək və aidiyyəti üzrə Agentliyin rəhbərliyinə təkliflər
vermək;
- Şöbə üzrə Agentliyin
Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə
təkliflərini Agentliyin rəhbərliyinə təqdim etmək;
- Agentlik rəhbərliyinin göstərişinə və iş planına uyğun olaraq
kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını
təşkil etmək;
- Dövlət
Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət
Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin
həyata keçirilməsini təmin etmək;
- qida zənciri obyektlərinin (subyektlərinin),habelə qida məhsulları ilə
təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən
obyektlərin, qeydiyyata alınmalı olan məhsulların, qida zənciri obyektlərinin
təsdiqinin həyata keçirilməsinə və Qida Təhlükəsizliyi Reyestrinin aparılmasına
nəzarət etmək;
- dövlət reyestrinə daxil edilən qida zənciri obyektlərinin (subyektlərin ), qeydiyyata alınmalı
olan məhsulların Agentliyin aidiyyəti struktur bölmələri tərəfindən aparılmış
qiymətləndirmələrin nəticələri əsasında müvafiq olaraq qeydiyyatı, təsdiqinin
ləğv edilməsi, dayandırılması və ya reyestr məlumatlarına dəyişiklik edilməsi
ilə bağlı prosedurları təmin etmək;
- aidiyyəti struktur
bölmələr tərəfindən verilmiş müsbət rəy (qərar) əsasında baytarlıq
preparatlarını, pestisidləri, bioloji preparatları, aqrokimyəvi maddələri
dövlət qeydiyyatına alaraq qeydiyyat şəhadətnaməsinin verilməsini, Azərbaycan
Respublikasında dövlət qeydiyyatına alınmış pestisidlərin, bioloji
preparatların, aqrokimyəvi maddələrin Azərbaycan Respublikasında istifadəsinə
icazə verilmiş preparatlar siyahısına daxil edilməsini və baytarlıq
preparatlarının dövlət reyestrinin aparılmasını təmin etmək;
- baytarlıq
preparatlarının aprobasiyasını, ekspertizasını, sınaqdan keçirilməsini,
pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
dövlət sınağının həyata keçirilməsini
təşkil etmək;
- Qeydiyyat
məlumatları əsasında dövri statistik və analitik hesabatların hazırlanması
işini təşkil etmək; baytarlıq
preparatlarının, pestisidlərin, bioloji preparatların, aqrokimyəvi
maddələrin qeydiyyat şahadətnamələrinin dublikatlarının verilməsinin,
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq həmin sənədlərin yenidən
rəsmiləşdirilməsinin, qüvvəsinin dayandırılmasının, bərpa və ləğv edilməsinin
həyata keçirilməsini təmin etmək;
- Qanunvericilikdə
müəyyənləşdirilmiş qaydada sorğu əsasında dövlət reyestrindən məlumatların
verilməsini təmin etmək və onun idarə olunmasını təşkil etmək;
- Qeydiyyat
məlumatları, həmçinin subyektlərin fəaliyyət istiqamətləri üzrə aparılan
araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri
ilə bağlı toplanılmış informasiyalar əsasında qida zənciri obyektlərinin
(subyektlərinin) məlumat bazasını yaratmaq və ondan istifadəni təmin etmək;
- fəaliyyət istiqamətləri üzrə
Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı rəhbərliyə təkliflər
vermək; qida zənciri subyektlərinə fəaliyyət istiqamətinə uyğun olaraq hüquqi
və texniki dəstək göstərmək və onların qida təhlükəsizliyi üzrə
maarifləndirilməsi ilə bağlı tədbirlər görmək;
- məhsul
və ya məhsul qrupları üzrə xarici ölkələrin qida obyektləri üzrə təsdiq
sisteminin ekvivalentliyinin tanınması istiqamətində prosedurları təmin etmək; xarici
dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq
təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığın təşkilində və
həyata keçirilməsində, danışıqların aparılmasında, habelə beynəlxalq
müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
- qida və yem məhsullarının
Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin
məhsulların istehsal və emal edildiyi xarici ölkələrdə fəaliyyət göstərən qida
obyektlərinin Agentliyin nümayəndələri tərəfindən qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə
təsdiq olunması və ya təsdiqdən imtina edilməsini təşkil etmək;
- sahibkarlar tərəfindən daxil olan
müraciətlərin Agentliyin müxtəlif struktur bölmələri tərəfindən qaldırılan məsələlərin
vaxtında və qanuni şəkildə cavablandırılması ilə bağlı təhlillər aparmaq və
nəticəsi ilə bağlı təkliflər vermək;
- Agentliyin fəaliyyət
istiqamətlərinə uyğun olaraq Əsasnamə ilə şöbəyə verilmiş səlahiyyətlərin
təkmilləşdirilməsi, genişləndirilməsi və ya dəyişdirilməsi üzrə təkliflər
hazırlamaq;
- Agentliyin regional bölmələrində eyni adlı sektorların işinin təşkilini və fəaliyyətlərinin
əlaqələndirilməsini aidiyyəti üzrə həyata keçirmək və onlardan müvafiq
hesabatları tələb etmək;
- fəaliyət
istiqamətlərinə uyğun olaraq Agentliyin regional bölmələrinə müvafiq tapşırıqlar
vermək;
- rəhbərliyin tapşırığı ilə
hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
- rəhbərlik tərəfindən şöbəyə
tapşırılmış vəzifələri yerinə yetirmək;
- Şöbənin icraatında
olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin
toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik etmək;
- tabeliyində olan
əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək,
əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət etmək;
- Şöbənin əməkdaşları
barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin
rəhbərliyinə təqdimatlar vermək;
- Şöbədə dövlət
qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin vaxtında, obyektiv
və qərəzsiz aparılmasını təmin etmək, təsdiq edilmiş qiymətləndirilmə
formasının vaxtında kadr xidmətinə təqdim edilməsini təmin etmək, şöbə
üzrə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin nəticələri
barədə hesabatı hazırlamaq, imzalamaq və sektor müdirlərinin qarşısında qoyulan
tapşırıqların qiymətləndirilmə dövrü ərzində hansı səviyyədə yerinə
yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə
vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Şöbənin vəzifələrini
yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından,
eləcədə aidiyyəti dövlət orqanlarından məlumat və sənədləri almaq, eyni zamanda
aidiyyəti dövlət orqanlarına təkliflərin verilməsində iştirak etmək;
- Şöbədə kargüzarlıq
işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, riyaziyyat, kompüter elmləri, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, kimya, biologiya, kimya mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, şərabçılıq, tibbi profilaktika, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, ekologiya, aqromühəndislik, əczaçılıq, tibbi biologiya, informasiya-təhlil fəaliyyəti, zootexniklik ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
06.04.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
20.04.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 6 aprel 2023-cü il 20 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.