| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Gənclər və İdman Nazirliyi üzrə: Bakı ş., Nərimanov r-nu, Olimpiya küç., 4
|
| Dövlət orqanı |
Gənclər və İdman Nazirliyi |
| Struktur bölmə |
İctimaiyyətlə əlaqələr şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1470 |
| Qulluq funksiyaları |
-
Şöbənin
fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
-
Tabeliyində
olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini
əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət
etmək;
- İctimaiyyətlə əlaqələr sahəsində qanunvericilik aktlarının, təşkilati-sərəncamverici
sənədlərin, konsepsiyaların, dövlət proqramlarının layihələrinin hazırlanmasına
dair təkliflər vermək və hazırlanmasında iştirak etmək;
- İctimaiyyətlə əlaqələr sahəsində xarici dövlətlərin təcrübəsini nəzərə
almaqla fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
-
Nazirliyin
fəaliyyət istiqamətləri üzrə ölkə və xarici KİV nümayəndələri ilə,
ictimaiyyətlə görüşlərin, seminarların, mətbuat konfranslarının,
brifinqlərin və digər tədbirlərin keçirilməsini, Nazirliyin tədbirlərində
KİV nümayəndələrinin iştirakını təşkil etmək;
-
Nazirliyin fəaliyyəti ilə bağlı müvafiq yerli və beynəlxalq KİV-də yayımlanan
materialların gündəlik monitorinqinin nəticələri barədə Nazirliyin rəhbərliyinə
məlumat vermək;
-
Nazirliyin rəsmi internet səhifəsinin mütəmadi monitorinqini aparmaq və
yenilənməsinə nəzarət etmək, Nazirliyin fəaliyyəti barədə KİV və sosial şəbəkələr vasitəsilə
təbliğat və təşviqatı, internet saytının yenilənməsini, malik olduğu və
siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaları
həmin saytda yerləşdirilməsini və onun daimi yenilənməsini təmin etmək;
-
Nazirliyin KİV-lə əlaqələrini mütəmadi olaraq təhlil etmək və səmərəli
əməkdaşlığın qurulması üçün lazımi tədbirlər görmək;
-
Nazirliyin fəaliyyətinin
təbliği istiqamətində tədbirlər planı hazırlamaq və həmin tədbirlərin həyata
keçirilməsini təmin etmək, əhalinin məlumatlandırılmasını
və bu işin mütəmadi olaraq dövrü mətbuatda işıqlandırılmasını, KİV və
ictimaiyyətlə qarşılıqlı əlaqələrin təşkil edilməsini, təbliğat
vasitələrindən geniş istifadə olunmasını həyata keçirmək;
- Nazirliyin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan
məlumatlarla bağlı təhrif hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər
görmək;
-
Nazirliyin
kommunikasiya, PR strategiyasının formalaşdırılması və idarə edilməsini,
Nazirlikdə “Böhran kommunikasiyası”nın (Crisis Communication) qurulmasını
təmin etmək;
-
Gənclər və idman siyasəti barədə təbliğat və
təşviqatı təmin etmək üçün xüsusi jurnal, bülleten, digər nəşrlərin
buraxılması ilə bağlı təkliflər vermək və icrasını təmin etmək;
-
Mətbu orqanların kağız və elektron nəşrlərinə
abunə yazılması işini, həmçinin Nazirliyin fəaliyyətinə dair mətbuat
materiallarının (qəzet, jurnal, foto, səs və video materialların) arxivini
təşkil etmək;
-
Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq
təcrübənin öyrənilməsini təmin etmək və tətbiqi ilə bağlı təkliflər vermək;
-
Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin
etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri
imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və
keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
-
Şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə
edilməli məsələləri müəyyən etmək və bu barədə təkliflərini Nazirliyin
rəhbərliyinə təqdim etmək, Şöbə tərəfindən Əsasnamənin 1.2.-ci bəndində
göstərilən hüquqi aktların və kollegiya qərarlarının vaxtında və lazımi
səviyyədə icrasını təmin etmək;
-
Şöbə müdiri səlahiyyətləri çərçivəsində şəxslərin
qəbulunu həyata keçirmək;
-
Şöbənin əməkdaşlarının ixtisasının artırılması və
əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirmək;
-
Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və
intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə
təqdimatlar vermək, şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının
fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;
-
Şöbəyə daxil olan məktub, ərizə, şikayət
və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil
etmək;
-
Şöbədə kargüzarlıq işlərinin
aparılmasını və məxfilik rejimini təmin etmək;
-
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun
olaraq Nazirliyin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları
yerinə yetirmək;
-
Şöbənin
vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin
struktur bölmələrində zəruri məlumat və sənədləri əldə etmək;
-
Şöbənin maddi-texniki ləvazimatla, rabitə və
nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı haqqında
müəyyən edilmiş qaydada təqdimatlar vermək;
-
Nazirliyin əsasnaməsinə uyğun olaraq digər
vəzifələri vaxtında və keyfiyyətli həyata keçirmək;
-
Şöbənin fəaliyyəti barədə Nazirə hesabat vermək,
Nazirin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
-
Nazirin tapşırığı ilə tədbirlərdə Nazirliyi
təmsil etmək;
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: filologiya (dil və ədəbiyyat göstərilməklə), fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika, tarix, politologiya, psixologiya, sosiologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, menecment, marketinq, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibə elanının tarixi |
03.05.2023 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
25.05.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 may 2023-cü il 25 may 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.