Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Azərbaycanda və xaricdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələr qurmaq və ya mövcud əlaqələrin inkişaf etdirilməsini təmin etmək; 
  • Xarici ölkələrin dövlət qurumları və təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsinə nəzarət etmək; 
  • Səfirliklər, diplomatik nümayəndəliklərlə əlaqələr qurmaq və ya mövcud əlaqələrin inkişaf etdirilməsinə nəzarət etmək; 
  • Beynəlxalq fondlarla əlaqələrin inkişaf etdirilməsinə nəzarət etmək; 
  • QHT və ictimai qurumlarla əlaqələrin inkişaf etdirilməsinə nəzarət etmək; 
  • Xarici ölkələrin KİV-ləri ilə əlaqələrin inkişaf etdirilməsinə nəzarət etmək; 
  • Beynəlxalq gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsinə nəzarət etmək; 
  • Xaricdə fəaliyyət göstərən beyin mərkəzləri, orta və ali təhsil ocaqları ilə əlaqələrin inkişaf etdirilməsinə nəzarət etmək; 
  • İdarəçilik funksiyalarının yerinə yetirilməsinə nəzarət etmək;  
  • Şöbəyə həvalə edilmiş yerli və beynəlxalq layihələrin hazırlanmasına nəzarət etmək;
  • Beynəlxalq tədbirlər və Komitədə keçirilən görüşlərin protokol qaydalarına uyğun təşkilinə nəzarət etmək;
  • Nümayəndə heyətinin səfərlərinin protokol təşkilati məslələrinin həll olunmasına nəzarət etmək; 
  • Dövlət Komitəsindən ünvalanan təbrik, dəvət və.s bu kimi mövzuları əhatə edən məktubların tərtib edilməsinə nəzarət etmək;
  • Xaricdə yaşayan azərbaycanlı gənclərlə "Azərbaycan Diaspor Könüllüləri"nin mobil şəbəkəsinin yaradılmasına nəzarət;
  • Dövlət Komitəsinə təşrif buyuran qonaqların aidiyyəti üzrə əməkdaşla müşayiət olunmasına nəzarət etmək;
  • Aidiyyəti üzrə verilən əlavə tapşırıqların icra olunmasına nəzarət etmək;
  • Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən xaricdə keçirilən forum, konfrans, seminar və digər tədbirlərdə iştirakın təmin edilməsinə nəzarət etmək;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq struktur bölmənin iş planının hazırlanmasına nəzarət etmək;
  • Şöbənin fəaliyyət istiqaməti üzrə müvafiq hesabatların hazırlanmasına nəzarət etmək;
  • Şöbənin bütövlüklə kargüzarlıq məsələlərinin icrasına nəzarət etmək. 
  • Beynəlxalq tədbirlər və görüşlərin protokol qaydalarına uyğun təşkilini təmin etmək;
  • Yerli və beynəlxalq səviyyədə layihələrin hazırlanıb inkişaf etdirilməsini təmin etmək,həmin layihələrin həyata keçirilməsi üçün tələb olunan vəsait üçün müvafiq təşkilatlara müraciət etmək, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə layihələr üzərində çalışmaq;
  • Müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmaq və beynəlxalq, yerli tədbirlərdə Komitənin maraqlarını təmsil etmək;
  • Xarici ölkələrdən daxil olmuş layihə təkliflərini araşdırmaq, qiymətləndirmək, arayışlar hazırlamaq, həmçinin Komitənin fəaliyyəti və maraq dairəsi ilə bağlı analitik yazıların, materialların hazırlanmasını təmin etmək;
  • Xaricdə yaşayan azərbaycanlı gənclərin beynəlxalq əlaqələrin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsini təmin etmək
  • Xaricdən gələn diaspor nümayəndələri, qonaqlarla bağlı məlumatların sistemləşdirilməsini təmin etmək;
  • Xidməti pasportların alınması istiqamətində müvafiq işlərin görülməsinə nəzarət etmək;
  • Komitə tərəfindən hazırlanan memorandum layihələrinə rəy və təkliflər vermək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: filologiya (dil və ədəbiyyat göstərilməklə), tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1; İngilis dili-C1;
Müsahibə elanının tarixi 03.05.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 25.05.2023 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeydlər:

  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 may 2023-cü il   25 may 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.