Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Milli Arxiv İdarəsi |
Struktur bölmə |
Milli Arxiv İdarəsinin Aparatı, Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1435 |
Qulluq funksiyaları |
- Şöbənin fəaliyyətinin təşkili
və ona rəhbərlik edilməsi, işçilər arasında iş bölgüsünün aparılması, onların
icra və əmək intizamına riayət etmələrinə nəzarət edilməsi;
- Şöbəyə həvalə olunmuş vəzifələrin
icrasının təmin edilməsi məqsədilə tərtib edilmiş iş planlarının və digər bu
kimi sənədlərin icrasının təmin edilməsi;
- Şöbənin fəaliyyət sahəsinə
uyğun olaraq müxtəlif strateji inkişaf layihələrinin işlənib hazırlanmasının və
həyata keçirilməsinin əlaqələndirilməsi;
- Şöbənin fəaliyyəti ilə
bağlı İdarənin rəhbərliyi yanında və kollegiyasında müzakirə ediləcək məsələlərə
dair materialların hazırlanması və qərarların vaxtında icrasının təmin
olunması;
- İdarə və dövlət arxivləri əməkdaşlarına
vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq qaydada informasiya sistemlərinə
daxil olma hüquqlarının verilməsini təmin etmək;
- Şöbənin fəaliyyət istiqaməti
üzrə dövlət qurumları, xarici ölkələr, eləcə də qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın
təşkil edilməsi;
- İnnovasiyaların tətbiqi üzrə
dövlət proqramlarının həyata keçirilməsi və arxiv işi sahəsində müvafiq fəaliyyət
proqramlarının, startapların hazırlanması, əlaqələndirilməsi və icrasına nəzarət
edilməsi;
- Aidiyyəti şöbələrlə birgə
beynəlxalq təşkilatlarda və xarici ölkələrlə rəqəmsallaşdırma və innovasiyalar
sahəsində əməkdaşlığın həyata keçirilməsi və inkişaf layihələrinin icrasının təmin
edilməsi;
- Arxiv sənədlərinin, elmi məlumat
aparatının rəqəmsallaşdırılması sahəsində işlərin təşkil edilməsi və nəzarətin
həyata keçirilməsi;
- İdarənin digər şöbələri ilə
innovasiyaların, informasiya texnologiyaları və rəqəmsal inkişaf sahəsində birgə
layihələrin həyata keçirilməsinin təşkili;
- İdarənin aidiyyəti bölmələri
və tabe qurumları ilə birlikdə arxiv işinin inkişafı və idarə edilməsində
innovativ yanaşmaların və layihələrin tətbiqi üçün müxtəlif təkliflərin hazırlanması,
proseslərin icrasına nəzarət;
- İdarənin informasiya
sistemlərinin qurulması, onların etibarlı və davamlı fəaliyyəti, təhlükəsizliyi
və işlək vəziyyətdə saxlanması, dövri yenilənməsi istiqamətində işləri təşkil
edir və nəzrət edir;
- İdarənin kompüter, server və
şəbəkə avadanlığının əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiya
edilməsi və işlək vəziyyətdə saxlanmasını təmin edir, bu sahədə nəzarəti həyata
keçirir;
- İdarənin fəaliyyət istiqamətləri
üzrə kompleks informasiya texnologiyaları idarəetmə sistemlərinin layihələndirilməsi
və qurularaq istismara verilməsi, istifadə üzrə təlim məşqlərinin keçirilməsi və
yüksək səviyyəli dəstək xidmətinin göstərilməsi işlərinə, təhlükəsizlik məsələlərinin
həllinə, texniki tapşırıqların hazırlanmasına aidiyyəti struktur bölmələri ilə
birlikdə nəzarət etmək;
- Arxiv işinin İKT tətbiq etməklə
modernləşdirilməsi, görülən işlərin avtomatlaşdırılması, arxiv sənədlərinin
komplektləşdirmə mənbəyi olan təşkilatların, eləcə də mövzu kataloqlarının
elektron reyestrlərinin, informasiya axtarış sistemlərinin layihələndirilməsi,
yaradılması və tətbiqi işlərinə aidiyyəti struktur bölmələrlə birlikdə nəzarət
etmək;
- Əməliyyat sistemləri əsasında
domen serverin qurulması və idarə olunması, domen nəzarəti, müasir proqram və texniki
platformalar, internet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması,
inkişaf etdirilməsi və istismarı işlərinin təşkilinə və aparılmasına aidiyyəti
struktur bölmələri ilə birlikdə nəzarət;
- İdarənin, dövlət arxivlərinin
fəaliyyəti ilə bağlı rəqəmsal həllərin, elektron xidmətlərin və rəqəmsal
inkişaf üzrə işlərin təşkilində iştirak və
nəzarət etmək;
- Kompüterdən istifadə zamanı
əməkdaşlara texniki köməkliyin göstərilməsi, çap qurğuları və kompüterlərdə
yaranmış problemlərin aradan qaldırılması işini təşkil və nəzarət edir;
- Fəaliyyət sahələrinə uyğun
olaraq yerli və beynəlxalq tədbirlərdə iştirak edir;
- Şöbəyə daxil olan müraciətlərin
araşdırılması və cavablandırılmasını təmin edir;
- Şöbənin fəaliyyətinə dair sənədlərin
icrasını təmin edir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, kompüter mühəndisliyi, informasiya texnologiyaları, proseslərin avtomatlaşdırılması mühəndisliyi, riyaziyyat, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya təhlükəsizliyi, kompüter elmləri, sistem mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə,LİMP Capture, Viar, BookDrive Capture(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
03.05.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
25.05.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 may 2023-cü il 25 may 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.