Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
İqtisadiyyat Nazirliyi üzrə: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 155
|
Dövlət orqanı |
İqtisadiyyat Nazirliyi |
Struktur bölmə |
Maliyyə-təminat və proqnozlaşdırma şöbəsi, Təminat və satınalma sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
1020 |
Qulluq funksiyaları |
- Sektor əməkdaşlarının fəaliyyətinə nəzarət etmək,
işlərini əlaqələndirmək;
- Şöbə müdiri və müdir müavinləri tərəfindən verilmiş xidməti tapşırıqların icrasını təmin etmək;
- Şöbənin iş planının və işçilər arasında iş bölgüsünün icrasına nəzarət etmək;
- Nazirliyin Aparatının səmərəli fəaliyyəti üçün zəruri olan mal-materialların, qiymətlilərin və s. alınması ilə bağlı təkliflər vermək;
- Nazirliyin Aparatının fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət satınalmalarının həyata keçirilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə Nazirliyin Aparatı üzrə ilkin satınalma planını hazırlamaq, dövlət büdcəsi və büdcədənkənar gəlirlər və xərclər smetası təsdiq edildikdən sonra isə planda dəqiqləşdirmə apararaq, həmin planların razılaşdırılmasını təşkil etmək və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi üzrə vahid satınalan təşkilata təqdim etmək;
- Hesabat ili ərzində ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik haqqında qərar qəbul olunduqdan sonra bu barədə məlumatı dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi üçün vahid satınalan təşkilata təqdim etmək;
- Nazirliyin Aparatının aidiyyəti struktur bölmələrindən daxil olan tələbatlar nəzərə alınmaqla satınalma sifarişlərini hazırlamaq və zəruri sənədlərlə birlikdə müvafiq satınalma prosedurunun keçirilməsi üçün tələb olunan vaxt nəzərə alınmaqla vahid satınalan təşkilata göndərmək;
- Nazirliyin Aparatı üzrə satınalma prosedurlarını həyata keçirmək, satınalma müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını təmin etmək;
- Bağlanılmış satınalma müqavilələri üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin, o cümlədən, tikinti obyektlərinin inşası, əsaslı və cari təmiri və digər tikinti-quraşdırma işlərinin satınalma müqaviləsinə uyğunluğunu yoxlamaq, onları qaimə-fak tura və təhvil-qəbul aktı (obyektlərin tikintisi, cari və ya əsaslı təmiri ilə bağlı hallarda Forma 2 və Forma 3) əsasında təhvil almaq;
- Nazirliyin Aparatının səmərəli fəaliyyəti üçün əməkdaşlara lazımi iş şəraitinin yaradılmasını, bağlanılmış satınalma müqavilələri üzrə alınmış və digər qurumlardan və təşkilatlardan təhvil alınmış mal-materialların və qiymətlilərin anbara mədaxil edilməsini, onların Nazirliyin Aparatının əməkdaşlarına tələb olunan miqdarda təhvil verilməsini təmin etmək;
- Nazirliyin Aparatının əməkdaşlarının istifadəsinə verilmiş və anbarda olan mal-materialların və qiymətlilərin səmərəli istismar edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlər görmək;
- Maddi-məsul şəxsin öhdəsində olan aktivlərin və onların yerdəyişməsinin uçotunun aparılmasını təşkil etmək və mühasibat uçotu sənədlərində üzləşdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin və daşınmaz əmlakın balansdan-balansa və müvəqqəti istifadəyə verilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
- Nazirliyin Aparatının balansında olan inzibati binalarının yanğından mühafizəsi və həmin binalarda sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı tədbirlər görmək;
- Sektorun fəaliyyəti ilə bağlı qanunvericilik aktlarının, əmrlərin, müqavilələrin və digər sənədlərin layihələrinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Sektorun fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatlardan daxil olan ərizələrə, müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmanı təmin etmək;
- Nazirliyin balansında olan nəqliyyat vasitələrinin yanacaqla təminatı məqsədilə kartların yüklənməsi, yanacaq məsarifi cədvəlinin, yol vərəqələrinin hazırlanması və əmək haqqı kartlarının sifariş edilməsi işlərinə nəzarət etmək;
- Nazirlik tərəfindən satın alınan malların (işlərin və xidmətlərin) qəbuluna və keyfiyyətinə nəzarət etmək;
- Nazirlikdə keçirilən müşavirələrin, iclasların və görüşlərin təşkilinə və texniki təminatına nəzarət etmək;
- Sektorun fəaliyyəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2; İngilis dili-A2;
|
Müsahibə elanının tarixi |
21.06.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.07.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 iyun 2023-cü il tarixindən 7 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.