Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, Sənədlərlə və müraciətlərlə iş şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Nazirliyin aparatının
struktur bölmələrində və qurumlarında kargüzarlığın müntəzəm surətdə
təkmilləşdirilməsi məqsədilə Nazirliyin bütün fəaliyyət sahələrində kargüzarlıq
işinə metodiki rəhbərliyi həyata keçirir;
- Nazirliyin aparatının
struktur bölmələrində və qurumlarında təşkilati-hüquqi, kadr, maliyyə və
struktur əmrlərinin qanunvericiliyə, o cümlədən “Dövlət orqanlarında, dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair
Təlimat”a uyğun hazırlanmasına və həyata keçirilməsinə nəzarət edir;
- Nazirliyin Aparatının
Apellyasiya Şurasının iclaslarında katiblik fəaliyyətinin həyata keçirilməsini
və dövlət qulluğu müsahibələrinin nəticələri ilə əlaqədar şikayətlərə
baxılmasını təmin edir;
- Nazirliyin ünvanına
daxil olan xidməti korrespondensiyaların, vətəndaşlardan, təşkilatlardan daxil
olan ərizə, təklif və şikayətlərin qeydiyyatının aparılmasına, düzgünlüyünün
yoxlanılmasına və müəyyən olunmuş müddətlərdə, tam və keyfiyyətlə icra
edilməsinə nəzarəti təşkil edir;
- Nazirlikdən göndərilən
sənədlərin təyinatı üzrə çatdırılmasına nəzarəti təmin edir;
- Sənədlərin nomenklaturu
üzrə formalaşdırılmasına və arxivə təhvil verilməsinə nəzarət edir,
habelə saxlanılmalı olmayan sənədlərin seçilib ayrılması, onların məhv
edildiyinə dair müvafiq aktın hazırlanması üçün təklif verir;
- Qanunvericiliyin
tələblərinə uyğun olaraq yararsız vəziyyətə düşmüş, növbəti il üçün
əhəmiyyətini itirən sənəd blanklarının məhv edilməsini təmin edir;
- Nazirliyin məsul olduğu
strateji yol xəritələri, dövlət proqramları və digər normativ hüquqi aktlarla
müəyyən edilmiş tapşırıqların icrası, habelə kargüzarlıq qaydalarına əməl
edilməsi ilə bağlı monitorinqlərin həyata keçirilməsinin təşkil edilməsi ilə
bağlı təkliflər hazırlayır;
- Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarının, həmçinin dövlət proqramlarının icra
vəziyyəti barədə məlumatların müəyyən edilmiş müddətlərdə ali hakimiyyət
orqanlarına və digər orqanlara göndərilməsini, habelə dövlət proqramlarının
həyata keçirilməsi ilə əlaqədar məlumat bazasının formalaşdırılmasını və
mütəmadi olaraq yenilənməsini təmin edir;
- dövlət proqramlarında
Nazirliyə həvalə edilmiş tədbirlərin icrasını təşkil edir, əlaqələndirir və
icra vəziyyətini təhlil edir, habelə Nazirliyin əlaqələndiricisi olduğu dövlət
proqramlarının icra vəziyyəti ilə bağlı hesabatlar hazırlayır, icrasının
nəticələrini təhlil edir, vaxtında və müəyyən olunmuş tələblərə uyğun icra olunmamış
tədbirlərlə bağlı təkliflər hazırlayır;
- Nazirliyin Aparatında
vətəndaşların şəxsi qəbulunu (o cümlədən şəhər və rayonlarda, həmçinin
video-konfrans rejimində keçirilən qəbulların) təşkil edir və bu işə nəzarəti
həyata keçirir;
- Vətəndaşların qəbulunun
təşkilində, onların ərizə, təklif və şikayətlərinə baxılmasının
təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi sənədlərin icrasının
yoxlanılmasında və onların layihələrinin hazırlanmasında iştirak edir;
- Fəaliyyət istiqamətləri
üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan
daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını
təmin edir;
- Nazirliyin rəhbər
vəzifəli şəxslərinin qəbul günləri barədə qrafik hazırlayır;
- Sənədlərin və vətəndaş
müraciətlərinin icra müddətinə nəzarət edir və icra müddəti başa çatmış
sənədlər haqqında rəhbərliyin məlumatlandırılması üçün arayış təqdim
edir;
- Nazirliyin struktur
bölmələrində və tabeli qurumlarında sənədlərin icra vəziyyəti barədə rəhbərliyə
məlumat verir;
- Nazirliyin Aparatında
imzalanan sərəncam mahiyyətli sənədlərin uçotunun aparılmasına və surətlərinin
aidiyyəti üzrə çatdırılmasına nəzarəti təşkil edir;
- Şöbənin fəaliyyət sahəsinə uyğun olaraq dövlət qulluğu sahəsi ilə bağlı normativ sənədlərə rəy
və təkliflər verir;
- Şöbənin fəaliyyət
sahəsinə uyğun olaraq Nazirliyin struktur bölmələrində və tabeli qurumlarında
əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və peşəkarlığının artırılması
üzrə tədbirlər (görüş, seminar, təlim, treninq və s.) təşkil edilməsi və
onların həyata keçirilməsinə nəzarət edir;
- Şöbənin qarşısında
qoyulmuş vəzifələrin icrasını təmin edir, şöbənin əməkdaşları arasında
vəzifələrinə uyğun iş bölgüsü aparır və onun icrasına nəzarət edir, şöbə
işçilərin fəaliyyətini əlaqələndirir, onların vəzifə təlimatlarının
hazırlanmasını və xidməti fəaliyyətlərinin qiymətləndirilməsini təmin
edir;
- Şöbənin fəaliyyət
istiqamətinə uyğun təhlillər aparılmasını və hesabatların hazırlanmasını təmin
edir;
- Şöbənin əməkdaşlarının
əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir, habelə şöbənin
əməkdaşları barədə həvəsləndirmə və intizam-tənbeh tədbirlərinin tətbiq
edilməsi üçün təqdimatlar hazırlayır;
- Şöbənin fəaliyyəti ilə
bağlı iş planlarını tərtib edir və həmin iş planlarında nəzərdə tutulmuş
tədbirlərin icrasına nəzarət edir;
- Şöbənin Əsasnaməsinə
uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə
yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office proqramları (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
21.06.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.07.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 iyun 2023-cü il 7 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.