Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: AZ1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 77
|
Dövlət orqanı |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Struktur bölmə |
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı, Texnoloji inkişaf şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
895 |
Qulluq funksiyaları |
- Poçt sahəsi üzrə normativ hüquqi aktların, sahə
üzrə standartların layihələrinin, habelə poçt xidmətlərinin göstərilməsi üzrə təlimatların,
normativ sənədlərin və qaydaların hazırlanmasında, yenilənməsində və icrası ilə
əlaqədar verilmiş tapşrıqların həyata keçirilməsində iştirak edir;
- Müvafiq sahənin inkişafı üzrə prioritetlərin müəyyən
edilməsi, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, beynəlxalq və yerli
əhəmiyyətli investisiya layihələrinin hazırlanması üzrə təkliflər hazırlayır;
- Müvafiq
sahədə fəaliyyət göstərən operatorların, digər hüquqi şəxslərin və
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətinin
əlaqələndirilməsi ilə bağlı təkliflər verir;
- Poçt sahəsi üzrə tariflərin formalaşdırılmasında
və monitorinqində, eləcədə tariflərin tətbiqi üzrə operatorlara tövsiyələrin
hazırlanmasında iştirak edir, dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər
verir;
- Аzərbаycаn
Rеspublikаsının pоçt sahəsi üzrə bеynəlхаlq kоnvеnsiyа və sаzişlərə qоşulmаsı
bаrədə təkliflərin vеrilməsində və Аzərbаycаn Rеspublikаsının qоşulduğu bеynəlхаlq
kоnvеnsiyа və sаzişlər üzrə öhdəliklərin yеrinə yеtirilməsi üçün tədbirlərin
icrasında iştirak edir;
- Ümumdünya Poçt
İttifaqının eləcə də digər beynəlxalq təşkilatların konfrans, sessiya, seminar
və digər mühüm tədbirlərində iştirak edir, poçt sahəsində qabaqcıl beynəlxalq təcrübəni
öyrənir və müzakirə olunan məsələlər üzrə təkliflər hazırlayır;
- Poçt xidmətlərinin
keyfiyyətinin yaxşılaşdırılması üzrə Ümumdünya Poçt İttifaqı çərçivəsində layihələrin
hazırlanmasında və təsdiq edilmə prosesində iştirak edir və layihənin həyata
keçirilməsinə nəzarət edir;
- “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinin tələblərinə əsasən
sürətli poçt fəaliyyəti üzrə lisenziya və lisenziya əlavələrinin alınması üçün
müvafiq qaydada rəy verir;
- Fövqəladə vəziyyət şəraitində poçt xidmətlərinin
göstərilməsi planlarının hazırlanmasında və həyata keçirilməsi ilə bağlı görülən
tədbirlərə nəzarətdə iştirak edir;
- Müvafiq sahədə üzrə digər ölkələrlə və ölkənin
üzv olduğu beynəlxalq təşkilatlarla bağlanmış əməkdaşlıq sazişləri çərçivəsində
Nazirliyə daxil olan sənədlərin icrasına dair təkliflər hazırlayır;
- Universal poçt xidmətlərinin təsnifatının, təşkilinin,
keyfiyyətinin, poçtun çatdırılma normativlərinin və digər tələblərin müəyyən
edilməsində iştirak edir, poçt-maliyyə xidmətlərinin inkişafı və elektron xidmətlərin
təşkili ilə bağlı təkliflər verir;
- Dövlət poçt ödənişi nişanlarının hazırlanması,
nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların çapı, dövriyyəyə
buraxılması və dövriyyədən çıxarılması qaydasının müəyyən edilməsində və bu sahəyə
nəzarətin həyata keçirilməsində iştirak edir;
- Müvafiq sahə ilə bağlı daxil olan ərizə və şikayətlərə,
o cümlədən istehlakçıların müraciətlərinə baxır, onları vaxtında cavablandırır
və digər tədbirlərin görülməsi üzrə təkliflər verir;
- Şöbənin Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri
üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office proqramları (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
21.06.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.07.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 iyun 2023-cü il tarixindən 7 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.