Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Heyvan sağlamlığı şöbəsi, Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1240 |
Qulluq funksiyaları |
- fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək;
- heyvan sağlamlığı sahəsində mövcud vəziyyəti təhlil etmək,
heyvan sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət
proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- fermerlərin, ailə təsərrüfatlarının,
sahibkarların heyvan sağlamlığı ilə bağlı rəylərini öyrənməklə bağlı işlərə nəzarət etmək;
- Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələlər ilə bağlı təkliflərini şöbə müdirinə təqdim etmək;
- Şöbə müdirinin göstərişinə
və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını təşkil etmək;
- heyvan sağlamlığı sahəsini tənzimləyən qanunvericilik
aktlarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
- müvafiq beynəlxalq norma, təlimat və qaydalara uyğun olaraq
baytarlıq norma və qaydalarının hazırlanması və qəbulunu təşkil etmək, fəaliyyət
istiqamətləri üzrə təşkilati-sərəncamverici sənəd layihələrinin hazırlanıb şöbə müdirinə təqdim edilməsini təmin etmək;
- fermerlərin, ailə təsərrüffatlarının,
sahibkarların baytarlıq sahəsində qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə
bağlı maarifləndirilməsinə dair tədbirlərin keçirilməsini təşkil etmək;
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) və digər
beynəlxalq təşkilatlarda fəaliyyət istiqamələri ilə bağlı keçirilən tədbirlərdə
iştirak etmək;
- Dövlət Proqramlarında, Strateji
Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət
istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
- beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının
(OİE) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və
qaydalara əməl edilməsi üçün tədbirlərin görülməsi ilə əlaqədar şöbə müdirinə təkliflər
vermək;
- heyvanların identifikasiyası və qeydiyyatı sisteminin
yaradılması və istifadəsi ilə bağlı təkliflər vermək və tətbiqinə nəzarət etmək;
- heyvanların
identifikasiyası və qeydiyyat sistemi vasitəsilə və digər mənbələrdən daxil
olan məlumatlar əsasında ölkə ərazisi üzrə heyvan sağlamlığının izlənməsi, mövcud
vəziyyətin təhlil edilməsi, heyvan xəstəlikləri ilə mövcud və potensial risklərin müəyyənləşdirilməsi və risk profillərinin hazırlanmasını təmin etmək;
- heyvan sağlamlığı sahəsində aparılmış təhlillər və elmi risk
qiymətləndirilməsi nəticələri əsasında ayrı-ayrı heyvan xəstəlikləri üzrə risklərin
idarəedilməsi planlarının və epizootiya əleyhinə tədbirlər planının hazırlanmasını təmin etmək və təsdiq
edilməsi üçün şöbə müdirinə təqdim etmək;
- ayrı-ayrı heyvan xəstəlikləri
üzrə risklərin idarəedilməsi planları və epizootiya
əleyhinə tədbirlər planının icrasına nəzarət etmək və nəticələrin monitorinqinin aparılmasını təşkil etmək;
- risk təhlili çərçivəsində mövcud və yarana
biləcək təhlükələr və risklər barədə dövlət baytarlıq nəzarətində olan yüklər
sahəsində fəaliyyət göstərən subyektlər, istehlakçılar, elmi cəmiyyətlər, dövlət
orqanları, beynəlxalq və qeyri hökümət təşkilatları, habelə digər maraqlı tərəflər
arasında məlumat mübadiləsinin həyata keçirilməsinə nəzarət etmək;
- xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu
karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi
qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan
zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq
təyinatlı tədbirlərin görülməsi ilə bağlı aidiyyəti
üzrə təkliflər vermək;
- ayrı-ayrı
ölkələrdə mövcud olan epiziotik vəziyyəti izləmək, xüsusi təhlükəli heyvan
xəstəliklərinin yayıldığı ölkələrdən və ərazilərdən heyvan və heyvan mənşəli
məhsulların idxalının məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı icrası
məcburi olan qərarların qəbul edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək və verilmiş
qərarların icrasına nəzarət etməkdə iştirak etmək;
- dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərdə (notifikasiya sənədlərində) göstərilmiş məlumatları təhlil etmək, qanuna uyğun tədbirlər görmək və bununla bağlı arayışların hazırlanaraq şöbə müdirinə təqdim edilməsini təmin etmək;
- baytarlıq preparatlarının aprobasiyasının,
ekspertizasının, sınaqdan keçirilməsini təşkil etmək və aidiyyəti üzrə rəy verilməsini təmin etmək;
- baytarlıq
preparatlarının, o cümlədən dövlət büdcəsi və qanunla qadağan edilməyən digər
mənbələr hesabına alınmış baytarlıq preparatlarının saxlanmasına, daşınmasına,
dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarətin təşkil edilməsi ilə
əlaqədar təkliflər vermək;
- heyvandarlıq
təsərrüfatlarında baytarlıq preparatlarından
düzgün istifadəni təşviq etmək və antimikrob rezistentliyinin qorunması ilə
bağlı tədbirlərin görülməsinə nəzarət etmək;
- Azərbaycan Respublikasının ərazisinə xarici ölkələrdən keçə
biləcək yoluxucu xəstəliklərdən qorumaq üçün görüləcək tədbirlərdə iştirak
etmək;
- qanunvericiliklə
müəyyən edilmiş qaydada əhalinin insan və heyvanlar üçün ümumi olan
xəstəliklərdən qorunması ilə əlaqədar tədbirlər görmək;
- heyvan
və heyvan mənşəli məhsullarının ilkin istehsalı və istehsalı obyektlərində
baytarlıq nəzarət tədbirlərinin həyata
keçirilməsi məqsədilə illik yoxlama planların hazırlanmasında iştirak etmək;
- mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki
şəxslərə baytarlıq xidmətlərinin göstərilməsinə nəzarətin təşkil edilməsi ilə
əlaqədar təkliflər vermək;
- heyvan
sağlamlığı və baytarlıq nəzarəti sahəsi üzrə ixtisaslı kadrların peşə
bacarıqlarının artırılması və prioritet sahələr üzrə elmi-tədqiqatların
aparılmasına dair şöbə müdirinə təkliflər vermək, Agentliyin regional bölmələrində fəaliyyət
göstərən baytar müfəttişlərə elmi-metodiki dəstək göstərmək, bu məqsədlə
təlimlər təşkil etmək;
- baytarlıq
sahəsində uçot və hesabat aparılmasını təmin etmək, Agentliyin
regional bölmələrindən baytarlıq uçotu və hesabatını tələb etmək, həmçinin
heyvanların karantin xəstəliklərinin statistik uçotunun aparılması ilə əlaqədar
tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- beynəlxalq təcrübə
nəzərə alınmaqla, Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki
nailiyyətlərin tətbiqi üzrə tövsiyələrin hazırlanması ilə əlaqədar şöbə müdirinə təkliflər
vermək;
- dövlət sirrinin və məxfilik
rejiminin qorunması üçün tədbirlərin, habelə Agentliyin fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təkliflər
hazırlamaq;
- şöbəyə daxil olan ərizə, şikayət və
təkliflərə baxılmanı təmin etmək və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- qida
təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən
edilməsi ilə bağlı təkliflər vermək;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
- Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin
hazırlanması sənədlərin toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik
etmək;
- tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların
fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət
etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi üçün şöbə müdirinə təqdimatlar vermək;
- Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə
yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə
vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin
etmək;
- Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata
keçirmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə
nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: zootexniklik, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, əczaçılıq ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
21.06.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.07.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 iyun 2023-cü il tarixindən 7 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.