Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Neft-qaz şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Neft və qaz şöbəsinin (bundan sonra – şöbə) fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
- şöbənin əməkdaşları arasında iş bölgüsünün
aparılması, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına
riayət etmələrinə nəzarət edilməsi və davranışlarının etik davranış qaydalarına
uyğunluğunun müntəzəm təhlil edilməsi;
- neft və qaz sahəsinin (bundan sonra-müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində şöbənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə
olunan hallarda və qaydada dövlətin maraqlarının təmsil edilməsi;
- Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi üçün
müvafiq sahədə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak
edilməsi;
- Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi
məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerji daşıyıcılarının müvafiq göstəricilərini təhlil edərək Yanacaq-enerji
balansının layihəsinin tərtib edilməsi və rəhbərliyə təqdim edilməsi, həmçinin
aidiyyəti şöbələrlə birlikdə onun yerinə
yetirilməsi üçün görülən tədbirlərdə
iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə
əhalinin və iqtisadiyyatın enerji daşıyıcılarına olan tələbatının daha dolğun
ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edilməsi;
- dövlət müəssisələri üzrə müvafiq sahənin enerji daşıyıcılarının istehlak
limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün
müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi
normalarının təsdiq edilməsində iştirak edilməsi;
- aidiyyəti şöbələrlə birlikdə
müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin
dövlət tənzimlənməsində iştirak edilməsi;
- müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının
nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak
edilməsi;
- müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların
layihələrinin hazırlanmasında iştirak edilməsi
- Nazirliyin müəyyən etdiyi
bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar
haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsi;
- müvafiq sahənin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və
həyata keçirilməsində iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin
müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edilməsi;
- müvafiq sahədə rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin
hazırlanmasında, həyata keçirilməsində və bu sahədə fəaliyyət göstərən dövlət
müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak
edilməsi;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin
hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü
öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən
işlərin əlaqələndirilməsində iştirak edilməsi;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla,
müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki
nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edilməsi;
- müvafiq sahənin inkişaf dinamikasının təhlil edilməsi;
- fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər,
ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların
hazırlanmasında iştirak edilməsi;
- fəaliyyət
istiqamətlərinə uyğun olaraq şöbə üzrə iş planına, görülmüş işlər haqqında
dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə
edilməli məsələlərə dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
- müvafiq sahədə Dövlət
Proqramlarının layihələrinin hazırlanması, dəyişikliklər edilməsi və ya
qüvvədən düşməsi barədə təkliflərin verilməsində iştirak edilməsi;
- Azərbaycan
Respublikası qanunvericiliyinin müvafiq sahəyə tətbiqi praktikasının
ümumiləşdirilməsində iştirak edilməsi, onun təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasında
iştirak edilməsi;
- şöbənin əməkdaşları barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimat
verilməsi;
- ”Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na
uyğun olaraq şöbənin əməkdaşlarının təqvim ili
ərzində qiymətləndirilməsinin həyata keçirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: geologiya mühəndisliyi, geologiya , kimya, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, kimya mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, istilik energetikası mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
12.07.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
26.07.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 12 iyul 2023-cü il 26 iyul 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.