Qulluq funksiyaları |
- fəaliyyət istiqamətləri
üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin etmək və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən
hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər verilməsini təmin etmək;
- Agentlik Aparatının struktur bölmələri və
strukturuna daxil olan qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların
və digər hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici aktların
layihələrinin hüquqi ekspertizasının, o cümlədən normativ hüquqi aktların layihələrinin
məcburi hüquqi ekspertizasının həyata keçirilməsinə nəzarət etmək;
- Agentliyin fəaliyyəti ilə bağlı mülki, idarələrarası
və s. xarakterli müqavilələrin hazırlanmasını, belə müqavilələrin
hüquqi ekspertizasının həyata keçirilməsini təmin etmək;
- qida təhlükəsizliyi sahəsində Agentliyin normayaratma
fəaliyyətini təmin etmək, qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi
olaraq təkmilləşdirilməsini və yenilənməsini təmin etmək, hüquqi təminat işinin
aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
- Azərbaycan Respublikasının məhkəmələrində Agentliyin,
xarici dövlətlərin məhkəmələrində (arbitrajlarda) Azərbaycan Respublikasının
hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar
prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya
və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək və məhkəmələrdə
baxılan işlər barədə rəhbərliyə məruzə etmək;
- dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə
və təşkilatlar, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, hüquqi və
fiziki şəxslər tərəfindən Agentliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış
müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və tədbirlərin
görülməsini təmin etmək;
- normativ hüquqi aktlarda Agentliyə həvalə edilmiş tədbirlərin,
habelə təşkilati-sərəncamverici aktlarda nəzərdə tutulmuş tədbirlərin
(tapşırıqların) icrasını, o cümlədən Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində,
Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətlərinə
üzrə uyğun olaraq qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək,
bununla bağlı koordinasiya işlərini təşkil etmək;
- Agentlik Aparatının struktur bölmələri və
strukturuna daxil olan qurumlarına Agentliyin fəaliyyəti prosesində, habelə fəaliyyət
istiqamətləri üzrə hüquqi yardım göstərilməsinə, arayışlar, rəylər və
qanunvericiliyin tələblərinə əməl olunmasına dair hüquqi məsləhətlərin verilməsinə rəhbərlik etmək;
- Agentlik Aparatının struktur bölmələri və strukturuna
daxil olan qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylərin verilməsinə nəzarət etmək;
- qida təhlükəsizliyi
üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Agentlik
Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlardan daxil olmuş təklifləri ümumiləşdirib rəhbərliyə
təqdim etmək;
- Agentliyin hüquqi aktlarının Azərbaycan
Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün qanunvericilikdə
nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim
etmək;
- Agentliyin rəhbərliyinə imzalanmaq üçün təqdim
edilmiş əmr, sərəncam və digər aktların layihələrinin qanunvericilik aktlarına
uyğunluğu barədə rəy vermək;
- Agentliyin işçilərinin şəxsi işlərinin
qanunvericiliklə müəyyən olunmuş qaydada hazırlanması, kadr
təminatının proqnozlaşdırılması, ehtiyat kadrların formalaşdırılması, insan
resurslarının idarə edilməsi üzrə işlərin təşkili, həyata keçirilməsi,
arxivinin yaradılmasını və qeydiyyatının aparılmasını təmin etmək;
- Agentlik Aparatının struktur bölmələri və
strukturuna daxil olan qurumlarda çalışan işçilərin peşə hazırlığı, təkrar
hazırlığı və ixtisasının artırılması üzrə Agentliyin struktur bölmələri
arasında fəaliyyətin əlaqələndirməsini təmin etmək, işlərin vəziyyətini təhlil
edərək təkliflər hazırlamaq;
- aidiyyəti
qurumlarla birlikdə əməkdaşların təlim ehtiyaclarını müəyyən edilməsini,
peşəkarlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə
məsələləri üzrə tədbirlərin (görüş, seminar, təlim, treninq və s.) təşkil edilməsini təmin etmək və bununla bağlı rəhbərliyə təkliflər vermək;
- daimi dövlət qulluğuna qəbul edilmiş dövlət
qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə and içməsini təmin etmək;
- ştat vahidlərinin ixtisaslı kadrlarla təmin
edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi,
intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması haqqında təkliflər
vermək;
- Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində
insan resurslarının idarəedilməsinə dair strategiya, proqram və digər sənədlərin
hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
- kuratorunun müəyyən
edilməsini və yeni təyin olunmuş
işçilərlə adaptasiya işinin aparılmasını təmin etmək;
- Agentlik Aparatının struktur bölmələri və
strukturuna daxil olan qurumların yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi,
kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində fəaliyyət istiqamətlərinə
uyğun olaraq dövlət kadr strategiyasının həyata keçirilməsinə nəzarət etmək;
- əməkdaşların xidməti vəsiqələr, əmək
kitabçaları ilə təmin edilməsini, əmək kitabçalarının doldurulmasını, onların
qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;
- Agentlik Aparatının struktur bölmələri və
strukturuna daxil olan qurumların rəhbərlərinin təklifi
əsasında əməkdaşlarının illik məzuniyyət qrafikinin hazırlanması, təsdiqlənən
qrafikin yerinə yetirilməsinə nəzarət edilməsi, ezamiyyətin rəsmiləşdirilməsi və
uçotunun aparılması ilə bağlı tədbirlər görmək;
- Agentliyin dövlət qulluqçularının xidməti
fəaliyyətinin qiymətləndirilməsi prosesinə ümumi nəzarəti həyata keçirmək;
- effektiv və davamlı kadr siyasətinin həyata
keçirilməsini, kadrların işinin idarə edilməsində obyektivliyi, bərabərliyi,
qərəzsizliyi və şəffaflığı təmin etmək;
- Agentliyə yuxarı təşkilatlardan daxil olmuş nəzarət
xarakterli sənədlərin icrasının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- Agentliyin
Aparatında sənədlərlə işin təşkili, sistemləşdirilməsi, uçotu, onların saxlanılma
müddətlərinin müəyyən edilməsi, kargüzarlıq qaydalarına riayət edilməsinə və
sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət
edilməsinə fəaliyyət istiqamətləri üzrə cari nəzarəti həyata keçirmək, habelə arxiv işinin təşkilinə,
sənədlərin arxivə
lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Agentliyin fəaliyyəti nəticəsində
yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi
nomenklatur-siyahısının tərtib edilməsinə, sənədlərin vaxtında icrasına fəaliyyət
istiqamətlərinə uyğun olaraq cari nəzarəti həyata keçirmək;
- elektron sənəd dövriyyəsinə nəzarət etmək;
- sənəd
qovluqlarının düzgün formalaşdırılmasını, sənədləşmə işlərinin
sistemləşdirilməsini, uçotunu və qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivə
təhvil verilməsini təmin etmək;
- Agentliyin Aparatının struktur bölmələrindən və strukturuna daxil olan qurumlardan sənədləri arxivə qəbul etmək, arxiv fondu sənədlərinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvəqqəti mühafizə müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilməsinə, saxlanılma müddəti bitmiş və arxivə verilməyən
sənədlərin aktlaşdırılaraq məhv edilməsinə nəzarət etmək;
- fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan,
dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə
və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək, habelə vətəndaşların
qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı Agentliyin struktur bölmələrinin
fəaliyyətini əlaqələndirmək, həmin struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları ilə fəaliyyət
istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma işlərinin aparılmasına nəzarət etmək;
- Agentlikdən göndərilən sənədlərin aidiyyəti üzrə
göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin
etmək;
- Agentlikdən göndərilən sənədlərin tələb olunan
formada, qaydada tərtib olunmasını, ünvanların düzgünlüyünü yoxlamaq, səhvlər
aşkar edildikdə səbəbləri göstərilməklə sənədi Agentliyin Aparatının aidiyyəti struktur
bölmələrinə geri qaytarmaqla bağlı işlərə rəhbərliyi həyata keçirmək;
- Şöbənin iş planını, fəaliyyəti ilə bağlı
hesabatları dövrlər üzrə hazırlanmasını təmin etmək;
- dövlət
sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlərin, habelə Agentliyin
fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlükəsizlik tədbirlərinin görülməsi
ilə bağlı təkliflər vermək;
- Şöbənin əməkdaşları tərəfindən fəaliyyət
prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və
kommersiya sirrinin qorunmasını təmin etmək;
- imzalanmış əmrlərin qeydiyyata alınması,
saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılması ilə bağlı işlərə nəzarət etmək;
- Şöbəyə daxil olan ərizə,
şikayət və təkliflərə baxılmanı təmin etmək və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- qida təhlükəsizliyi
sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə
bağlı təkliflər vermək;
- rəhbərliyin
tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
- rəhbərlik
tərəfindən şöbəyə tapşırılmış vəzifələri yerinə yetirmək;
- Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən
etmək və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim etmək;
- Agentlik rəhbərliyinin göstərişinə və iş planına
uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin
hazırlanmasını təşkil etmək;
- Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin
hazırlanması sənədlərin toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik
etmək;
- tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparmaq,
onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə
nəzarət etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar vermək;
- Şöbədə dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin
vaxtında, obyektiv və qərəzsiz aparılmasını təmin etmək, təsdiq edilmiş
qiymətləndirilmə formasının vaxtında kadr xidmətinə təqdim edilməsini təmin
etmək, şöbə üzrə dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsinin nəticələri barədə hesabatı hazırlamaq, imzalamaq və
sektor müdirlərinin qarşısında qoyulan tapşırıqların qiymətləndirilmə dövrü
ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və
əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz
qiymətləndirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- fəaliyyət istiqamətlərinə
uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|