Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, İdxal və ixraca nəzarət şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1435 |
Qulluq funksiyaları |
- fəaliyyət istiqamətləri üzrə normativ hüquqi
aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları
tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər
vermək;
- qida və yem məhsullarının, dövlət
baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixrac
əməliyyatları zamanı qida təhlükəsizliyinin, bitki və heyvan sağlamlığının
təmin edilməsi məqsədilə vahid dövlət siyasətinin, o cümlədən nəzarət
fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasına rəhbərlik
etmək;
- qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində
olan yüklərin idxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki
şəxslərin fəaliyyəti üzrə məlumatların toplanması, idxal–ixrac fəaliyyəti ilə
məşğul olan və ya onları təmsil edən şəxslər və daşıyıcılar barədə aidiyyəti
struktur bölmələri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirilməsi işini
təşkil etmək;
- Agentliyin nəzarət dairəsinə aid edilən malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə Vahid Siyahısının hazırlanması və mütəmadi olaraq yenilənməsi ilə bağlı təkliflər vermək;
- gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətini regional bölmələr vasitəsilə həyata keçirmək, həmçinin regional bölmələr tərəfindən bu fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək;
- qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar
nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara
dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə
bağlı qanuna uyğun tədbirlərin görülməsini təşkil etmək;
- qanunla nəzərdə tutulmuş hallarda idxal karantin icazəsinin verilməsini təşkil etmək;
- bitkilərin mühafizəsi üçün istifadə edilən kimyəvi vasitələrin və baytarlıq xidmətində tətbiq edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə bağlı rəy verilməsini təşkil etmək;
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olaraq qida və yem məhsullarına, habelə qida
məhsulları ilə təmasda olan material və məmulatlara, baytarlıq və fitosanitar
nəzarətində olan yüklərə müvafiq olaraq idxal sağlamlıq aktı,
sağlamlıq, baytarlıq və fitosanitar sertifikatları və onların
dublikatlarının verilməsini, həmin sənədlərin yenidən rəsmiləşdirilməsini,
qüvvəsinin dayandırılmasını, bərpa və ləğv edilməsini təşkil etmək;
- qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar
nəzarətində olan yüklərin idxal və ixracı ilə əlaqədar aidiyyəti struktur
bölmə ilə birlikdə digər dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlığın
həyata keçirilməsinə rəhbərlik etmək və idxal-ixrac əməliyyatları zamanı ortaya
çıxan çətinliklərin həlli istiqamətində danışıqlarda iştirak etmək;
- Agentlik tərəfindən təsdiq
olunmuş xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinə dair Reyestrdən
çıxarışları, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq,
fitosanitar və sağlamlıq sertifikatlarının (şəhadətnamələrin), habelə
sənədlərin nümunələrini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə
ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi
olaraq yenilənməsini təmin etmək;
- aidiyyəti struktur bölmənin məlumatları əsasında ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Gömrük Komitəsinə ötürülməsini təmin etmək;
- qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar
nəzarətində olan yüklərin idxal və ixracına dair tələblərlə bağlı bu sahədə
fəaliyyət göstərən subyektlərin maarifləndirilməsində iştirak etmək və bu
işlərə rəhbərlik etmək;
- Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsinə nəzarət etmək;
- bioloji aktiv qida
məhsullarının idxalına və ixracına nəzarətin təkmilləşdirilməsinə dair təkliflər
vermək;
- fəaliyyət istiqamətləri üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
- Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək;
- rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün formada icrasını təmin etmək, habelə rəhbərliyə təqdim edilməli hesabatların düzgün tərtib edilməsini, aidiyyəti üzrə vaxtında təqdim olunmasını təmin etmək;
- Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlanmasını təmin etmək;
- dövlət proqramlarında, strateji yol xəritələrində, strateji planlarda və fəaliyyət planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Agentliyin regional bölmələrində eyni adlı sektorların işinin təşkilini və fəaliyyətlərinin əlaqələndirilməsini aidiyyəti üzrə həyata keçirmək və onlardan müvafiq hesabatları tələb etmək;
- Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
- rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- rəhbərlik tərəfindən şöbəyə tapşırılmış vəzifələri yerinə yetirmək;
- Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması sənədlərin toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılmasını təmin etmək və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- tabeliyində olan sektorlar və əməkdaşlar arasında bu Əsasnaməyə uyğun olaraq iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar vermək;
- Şöbədə dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin vaxtında, obyektiv və qərəzsiz aparılmasını təmin etmək, təsdiq edilmiş qiymətləndirilmə formasının vaxtında kadr xidmətinə təqdim edilməsini təmin etmək, şöbə üzrə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə hesabatı hazırlamaq, imzalamaq və sektor müdirlərinin qarşısında qoyulan tapşırıqların qiymətləndirilmə dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, əczaçılıq, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, ekologiya, zootexniklik, şərabçılıq, tibbi profilaktika, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , politologiya, dövlət və ictimai münasibətlər, kimya, biologiya, kimya mühəndisliyi, tibbi biologiya ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüsək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2; İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
04.08.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
18.08.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 4 avqust 2023-cü il 18 avqust 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.