Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Beynəlxalq əməkdaşlıq şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- şöbənin
fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
- şöbənin
əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir,
əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik
davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
- enerji
sahəsində vahid xarici siyasətin formalaşdırılmasında iştirak edir və öz
səlahiyyətləri çərçivəsində bu siyasətin həyata keçirilməsini təmin edir;
- enerji
sahəsində dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın
qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dair təkliflər verir və
belə təkliflərin hazırlanmasına
rəhbərliyi həyata keçirir;
- Nazirliyin
səlahiyyətinə aid olan məsələlərə dair beynəlxalq müqavilələrin hazırlanmasını,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə
götürdüyü öhdəliklərin yerinə yetirilməsini və bu sahədə görülən işlərin
əlaqələndirilməsini təmin edir;
- dövlətlərarası
və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə
Nazirlik rəhbərliyinin keçirdiyi görüşlərdə, forumlarda, səfərlərdə və digər
tədbirlərdə Nazirliyi təmsil edir;
- Azərbaycan
ilə digər ölkələr arasında mövcud olan, nazirin həmsədr, eləcə də nazir və
nazir müavininin(ləri) üzv olduğu hökumətlərarası komissiyaların texniki və
təşkilatı işlərinin həyata keçirilməsi ilə bağlı zəruri tədbirlərin həyata
keçirilməsinə rəhbərlik edir
- Nazirliyin
rəhbərliyinin xarici ölkələrə səfəri, həmçinin xarici ölkə nümayəndələrinin
Azərbaycana səfərlərinin təşkili ilə bağlı aidiyyəti tədbirlərin görülməsinə
rəhbərlik edir;
- Nazir
və nazir müavininin(ləri) Azərbaycan Respublikasında akkreditasiya olunmuş
müvafiq ölkələrin səfirləri, ticarət nümayəndəliklərinin, habelə beynəlxalq
təşkilatların rəhbərləri və nümayəndələri ilə görüşlərinin təşkilati
məsələləri ilə bağlı protokol işlərinin aparılmasını təmin edir;
- şöbənin
əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq
xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;
- şöbənin
inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini
həyata keçirir;
- şöbənin
əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi
barədə nazirə təqdimat verir;
- Nazirliyin
hüquqi aktları ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: xarici dil müəllimliyi (dillər üzrə), tərcümə (dillər üzrə), beynəlxalq münasibətlər, regionşünaslıq (regionlar üzrə), dünya iqtisadiyyatı, hüquqşünaslıq ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C2; Rus dili-C2;
|
Müsahibə elanının tarixi |
10.10.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
24.10.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 10 oktyabr 2023-cü il 24 oktyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.