Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Enerji səmərəliliyi şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- enerji
resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində (bundan sonra
- müvafiq sahə) dövlət
siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinində, eləcə də müvafiq sahə üzrə dövlət və
sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata
keçirilməsində iştirak;
- ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli
gələn vəzifələrin həyata keçirilməsində iştirak;
- “Enerji
resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə nəzarətin həyata keçirilməsində iştirak;
- enerji
auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatının
verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinin, o cümlədən Attestasiya Proqramı və test tapşırıqlarının hazırlanmasının, habelə enerji
idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirakın təmin
edilməsi;
- enerji
auditorları və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və
mütəmadi yenilənməsinin təmin edilməsi;
- enerji auditorları və enerji auditi üzrə təşkilatların fəaliyyətinə nəzarət çərçivəsində enerji auditi hesabatlarının yoxlanılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- enerji effektivliyi və enerjiyə qənaət üzrə tədbirlərin enerji
effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflərin verilməsi;
- müvafiq sahə
üzrə maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsində iştirak;
- iqtisadiyyatın müxtəlif
sahələrində və ev təsərrüfatlarında enerji resursları üzrə istehlakın təhlili və müsbət dinamikanın
təmin edilməsi məqsədilə təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Nazirliyin müəyyən etdiyi
bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar
haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsi;
- müvafiq sahənin inkişafı istiqamətində beynəlxalq
təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə
əməkdaşlıqda iştirak, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;
- müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil
ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı
əmakdaşlıq, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla
əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə təkliflərin verilməsi;
- nazirlikdə və
digər dövlət qurumlarında yaradılmış komissiyalarda və işçi qruplarının fəaliyyətində
iştirak;
- müvafiq
sahədə respublikada həyata keçirilən tədbirlərdə iştirak;
- fəaliyyət
istiqamətləri üzrə yerli və beynəlxalq tədbirlərin təşkilinin, beynəlxalq
konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirakın təmin edilməsi;
- müvafiq
sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanması, eləcə də Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinin öz
səlahiyyətləri daxilində təmin edilməsi;
- müvafiq
sahədə kadr hazırlığının təmini, həmçinin mütəxəssislərin hazırlanması və əlavə
təhsili üçün tədbirlərin görülməsi;
- daxil olan
məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada
baxılmasının təmin edilməsi;
- şöbənin
fəaliyyətinin təşkili və ona rəhbərlik;
- şöbənin
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində
tədbirlərin görülməsi;
- şöbənin
əməkdaşları arasında iş bölgüsünün aparılması, onların fəaliyyətinin
əlaqələndirilməsi, əmək və icra intizamına riayət etmələrinə nəzarət və
davranışlarının etik davranış qaydalarına uyğunluğunun müntəzəm təhlil edilməsi;
- şöbənin
inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin
həyata keçirilməsi;
- şöbənin
əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi
barədə rəhbərliyə təqdimatın verilməsi;
- şöbənin iş
planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata
keçirilməsinə nəzarət;
- nazirliyin
normativ hüquqi aktlarına, əmr və sərəncamlarına uyğun olaraq digər vəzifələrin
yerinə yetirilməsi;
- rəhbərlik tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi;
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, ekologiya, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi, mexanika mühəndisliyi, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, mexanika, enerji maşınqayırması mühəndisliyi, elektrik mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri (MS WINDOWS, MS OFFİCE, İNTERNET və s.) (orta-yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2; Rus dili-B2;
|
Müsahibə elanının tarixi |
10.10.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
24.10.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 10 oktyabr 2023-cü il 24 oktyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.