Energetika Nazirliyi
Elektrik və istilik enerjisi şöbəsi, Elektrik enerjisi sektoru, baş məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Energetika Nazirliyi
Struktur bölmə Elektrik və istilik enerjisi şöbəsi, Elektrik enerjisi sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 895
Qulluq funksiyaları
  • elektrik enerjisi sahəsinin (bundan sonra müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi
  • müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsi
  • müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi 
  • Elektrik enerjisi istehsalı və istehlakının proqnozlaşdırılması və balansının hazırlanması, texnoloji itkilərin hesabatının və analizinin aparılması 
  • Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edilməsi 
  • Elektroenergetika sisteminin subyektlərinin maya dəyəri, rentabellik məsələləri və texniki-iqtisadi göstəricilərinin analizinin aparılması
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsi 
  • dövlət müəssisələri üzrə elektrik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edilməsi 
  • müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində iştirak edilməsi 
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafı və elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması
  • müvafiq sahədə vəziyyətin və mövcud problemlərin təhlilinin aparılması, onların həlli yolları ilə bağlı təkliflərin hazırlanması və tədbirlərin həyata keçirılməsi 
  • müvafiq sahəyə dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlanması, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edilməsi
  • müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi
  • yanacaq və energetika obyektlərinin tikilməsi, yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edilməsi 
  • enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına təhlükə yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün şöbə müdirinə təkliflərin verilməsi 
  • müvafiq sahədə elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsi, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınanması ilə bağlı tədbirlərdə iştirak edilməsi 
  • fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi və onların pozulmasının qarşısının alınmasının təmin edilməsi
  • sektorun fəaliyyət  istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara, ərizə və şikayətlərə qanunvericiliyə uyğun olaraq baxılmasının təmin edilməsi 
  • müvafiq sahənin inkişafı ilə əlaqədar respublikada keçirilən yerli və beynəlxalq tədbirlərin təşkilində iştirak edilməsi, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması
  • müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün təşkil olunan seminarlarda, o cümlədən yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, konfranslarda və digər tədbirlərdə iştirak edilməsi 
  • müvafiq sahədə yaradılmış İşçi qrupların fəaliyyətində iştirak edilməsi 
  • müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlərlə, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əmakdaşlıqda iştirak edilməsi 
  • fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edilməsi 
  • şöbənin iş planlarının, hesabatlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi 
  • Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş öz səlahiyyətlərinə uyğun digər vəzifələrin həyata keçirilməsi
  • şöbə müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi 
  • vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, mexanika, ekologiya, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexanika mühəndisliyi, ekologiya mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə – yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 10.10.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 24.10.2023 18:00

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 10 oktyabr 2023-cü il tarixindən 24 oktyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.