Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Hesablama Palatası |
Struktur bölmə |
Maliyyə və təchizat şöbəsi, Maliyyə və mühasibat uçotu sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri-baş mühasib (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
3 |
Aylıq vəzifə maaşı |
1755 |
Qulluq funksiyaları |
- Sektorun işini təşkil edir və ona rəhbərlik edir;
- Tabeliyində olan işçilər arasında cari iş bölgüsünü aparır;
- Palatanın mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması işlərini yerinə yetirir və müvafiq orqanlara təqdim edir;
- Mühasibat əməliyyatlarında hesablara müxabirləşmələr verir;
- Əmək haqqının qanunvericiliyə müvafiq olaraq hesablanmasına nəzarət edir;
- Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyini qoruyur;
- Əsas vəsaitlərin inventarlaşdırılmasının aparılmasını təşkil edir;
- Statistika, vergi, maliyyə və s. hesabatların düzgün hazırlayır və vaxtında aidiyyəti orqanlara təqdim edir;
- Şöbənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatları hazırlayır;
- Mal-materialların, cihazların, avadanlıqların və digər inventarların verilməsini təşkil edir;
- Mal və materialların (işlərin və xidmətlərin), əsas vəsaitlərin, inventarların və avadanlıqların alınması üçün ehtiyacı öyrənir;
- Hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarını tərtib edir, əmlakın alınmasına dair bank sənədlərinə (ödəniş tapşırığı) nəzarət edir;
- Dövlət büdcəsində təsdiq olunmuş göstəricilərə uyğun olaraq xərclərin bölüşdürülməsi, xərc smetalarının müvafiq qaydada tərtib və icra edir;
- Xəzinə və bank əməliyyatlarını təşkil edir;
- Sektor üzrə dövlət qulluğu vəzifələrinə dair vəzifə təlimatlarını hazırlayır;
- Sektorda qulluq keçən dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılması ilə bağlı ehtiyaclarının təhlil edilməsi işini təmin edir, onların ixtisasının artırılması və təkmilləşdirilməsi barədə təkliflər verir;
- Sektorda əmək və icra intizamına, qulluq reqlamentinə və etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;
- Tabeliyində olan işçilər barəsində intizam tənbehi və ya mükafatlandırma tədbirlərinin həyata keçirilməsi barədə şöbə müdirinə təqdimat verir;
- Qanunvericiliyə və rəhbərliyin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil edir;
- Müəyyən edilmiş qaydada tabeliyindəki dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsini təmin edir;
- Şöbə müdiri olmadıqda onu əvəz edir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə
nəzərdə tutulmuş və Palatanın rəhbərliyi tərəfindən verilmiş digər
vəzifələrin yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı |
İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı |
Müsahibə elanının tarixi |
14.11.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
28.11.2023 18:00 |
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Qeydlər:
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 noyabr 2023-cü il 28 noyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.